beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elçin Həşimov

Elçin Həşimov - Musiqiçi-tarzən. Aktyor. Filmlərdə musiqi ifa edən. Əməkdar Artist (2007)Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

E.Həşimov 1992-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunu, 1997-ci ildə isə Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsini (tar) bitirmişdir.

Əmək fəaliyyətinə 1997-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunda müəllim kimi başlamışdır. Hazırda həm də Azərbaycan Milli konservatoriyasında çalışır.

1999-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində çalışır. Tar qrupunun yüksək dərəcəli artistidir.

Bir çox muğam tamaşaları "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl" operaları və Niyazinin "Rast" baletində solo partiyaları yüksək professionallıqla ifa edir.

E.Həşimov bu gün çox populyar olan bir çox muğam ifaçıları – xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və s. ilə birgə muğam üçlüklərinin tərkibində geniş konsert fəaliyyəti ilə məşğul olur.

Mahir bir tarzən kimi milli musiqi sənətimizi dünyanın bir çox ölkələrində ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, İsveçrə, Finlandiya, Hollandiya, İran, Türkiyə, Rusiya, Ukrayna və s. ləyaqətlə təmsil etmişdir.

2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)
Məhəllə 2 Moskvada (film, 2004)
Biz qayıdacağıq (film, 2007)


Tarix: 01.02.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Aktyorlar