beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicran Hüseynov

Aktyor, Diktor, Redaktor

Həyatı

Hüseynov Hicran Soltan oğlu – 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı kitabxanaçılıq texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə Sovet ordusu sıralarından tərxis olunmuşdu.

1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatrı institutunun “Dram və Kino” aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram teatrına aktyor kimi göndərilmişdi.

Həmin teatrda bir il işlədikdən sonra yenidən Sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi.

1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir.

2006-cı ildə Respublika Prezidentinin fərmanı ilə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdü. Hal-hazırda AZTV-nin “Mədəniyyət” kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirir.

1968-ci ildə ailə qurub, iki övladı var.

Həyat yoldaşı, Hüseynova Səmayə ixtisasca iqtisadçı olub. 2006-cı ildə dünyasını dəyişmişdir.

Qızı, Afaq 1970-ci il, oğlu Rövşən 1973-cü ildə dünyaya gəliblər.

Filmoqrafiya
Ömrün yolları (film, 1982)


Tarix: 01.02.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Aktyorlar