Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Məlikov

Məlikov Ramiz Ağarza oğlu (Ramiz Məlik) — Aktyor, rejissor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Demək olar ki, hər yeni mövsümdə aktyor yeni-yeni rollar oynayıb:
Marsel ("Hamlet", Uilyam Şekspir),
Aqşin ("Od gəlini", Cəfər Cabbarlı),
Barat ("Almaz", Cəfər Cabbarlı),
Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Teymur ("Yastı təpə", Əkrəm Əylisli),
Valter ("Yad adam", L. Frank),
Arif ("İblis", Hüseyn Cavid),
Jan ("Dəfn edilməmiş ölülər", J.P. Sartr),
Toğrul ("Atabəylər", Nəriman Həsənzadə),
Antoni ("Kölgələrin oyunu", Y. Edlis),
Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri),
Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
Vilyams ("Kəllə", Nazim Hikmət),
Qaçaq Süleyman ("Dirilən adam", İsmayıl Şıxlı) və s.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.əsərlərin tamaşalarında oynayıb.

1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb.1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür.

Filmoqrafiya
1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin dostu
Axırıncı aşırım (film, 1971)
Araqarışdıran (film, 1987)
Aşkarsızlıq şəraitində... (film, 1986)
Atillanın atlıları (film, 2002)
Babək (film, 1979)
Bakıda küləklər əsir (film, 1974)
Bəyaz həyat (film, 2003)
Bir anın həqiqəti (film, 2003)
Bir cənub şəhərində (film, 1969)
Bircəciyim (film, 1986)
Cəza (film, 1986)
Dağıdılmış körpülər (film, 1996)
Dağlarda döyüş (film, 1967)
Dəfn edilməmiş ölülər (film, 1988)
Divar (film, 1991)
Doğma sahillər (film, 1989)
Ən vacib müsahibə (film, 1971)
Gözlə məni (film, 1980)
Günahsız Abdulla (film, 1984)
Günaydın, mələyim! (film, 2008)
Hökm (film, 1994)
İnanmırsansa... – Adil
İstanbul reysi (film, 2010)
İstintaq (film, 1979)
İstintaq davam edir (film, 1966)
İşarəni dənizdən gözləyin (film, 1986)
Kimin Sualı var?
Qanun naminə (film, 1968)
Qapalı orbit (film, 1984)
Qara gölün cəngavərləri (film, 1984)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qatır Məmməd (film, 1974)
Qəm pəncərəsi (film, 1986)
Qəzəlxan (film, 1991)
Qu quşunun məhəbbəti (1995)
Qüdsi (film, 2007)
Mahmud və Məryəm
Məhkumlar (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
Nəsimi (film, 1973)
O qızı tapın (film, 1970)
Od içində (film, 1978)
Ömrün İlk Saatı (1973)
Özgə ömür (film, 1987)
Park (film, 1984)
Sevinc buxtası (film, 1977)
Səmt küləyi (film, 1973)
Son döyüş (film, 1996)
Şahid qız (film, 1990)
Şeytan göz qabağında (film, 1987)
Şərqin Səhəri (Bəhruz)
Taleyin qisməti beləymiş (film, 1996)
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Tütək səsi (film, 1975)
Ulduz (film, 1964)
Ümid (film, 1995)
Yaramaz (film, 1988)
Yeddi oğul istərəm... (film, 1970)


Tarix: 03.02.2013 / 18:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 648 Bölmə: Aktyorlar
loading...