beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Məmmədov

Məmmədov Ramiz Soltan oğlu - Əməkdar Artist (2001), azərbaycanlı aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır.

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. Zəhmətsevərliyi, təşəbbüskarlığı, sənətə böyük məhəbbəti və bənzərsiz oyun tərzi ilə seçilən aktyor bu yolu uzun müddət davam etdirərək öncül sənətkarlar sırasına çıxır.

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır.

R. Məmmədov teatra sədaqətlə bağlanan, onun qayğılarına fədakarlıqla xidmət göstərən bir insandır. Onun 1988-ci ildən 1996-cı ilədək teatrın böhranlı vəziyyətində ağır repertuar yükünü çiyinlərində daşıması dediklərimizə sübutdur.

2001-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüş R. Məmmədov indi yaradıcılığının çiçəklənmə və inkişaf dövrünü yaşayır. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
1001-ci qastrol (film, 1974)
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Alma almaya bənzər (film, 1975)
Anlamaq istəyirəm (film, 1980)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Dəvətnamə (film, 1989)
Güllələnmə təxirə salınır!... (film, 2003)
"Qayınana" əməliyyatı (film, 1999)
Qorxma, mən səninləyəm (film, 1981)
Mən sənin dayınam (film, 2001)
Təlatüm (film, 2006)
Yalan (film, 2006)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yol əhvalatı (film, 1980)
Yol yoldaşları (film, 2003)


Tarix: 03.02.2013 / 18:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 399 Bölmə: Aktyorlar