Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sucəddin Mirzəyev

Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor.Mündəricat
1 Həyatı
2 Tamaşalar
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır.

Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var.

Tamaşalar

İlk rolu S.Mixalkovun "Bahalı oğlan" əsərində Jora Timoxin (1980) olmuşdur. Şillerin "Qaçaqlar"ında Şveytser, İ.Əfəndiyevin "Büllur sarayda" əsərində Bayandur, C.Cabbarlının "Sevil"ində Balaş rollarını ifa etmişdir. Ü.Hacıbəyovun felyeton və hekayələri əsasında hazırlanmış "Olanlardan-keçənlərdən" (1985, B.Rzayev) tamaşasında gimnazist, kəndli, şagird, müəllim, aparıcı rollarını ifa etmişdir.

Ə.Haqverdiyevin "Bəxtsiz cavan" pyesində Fərhad, Sofoklun "Şah Edip" (2007) faciəsində Şah Edip, Elçinin "Dəlixanadan dəli qaçıb" tamaşasında ədəbi işçi, V.Səmədöğlunun "Mamoy kişinin yuxuları"nda Fərhad müəllim, Qriqori Qorinin "Herostratı unudun" (2010) tamaşasında Herostrat və s. əsərlərdə müxtəlif səpkili rollar ifa etmişdir.

Filmoqrafiya
Tənha durna uçuşu (film, 2003)(Lənkəranda çəkilmişdir.)
Durnalar qayıtdı (film, 2003)
Teatr (film, 2004)
Susmuş vicdan (film, 2010)


Tarix: 04.02.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Aktyorlar
loading...