beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl Mirzə

Mikayıl Şahvələd oğlu Mirzəyev — Azərbaycan aktyoru, arxiv kadrlarda iştirak edən, ssenari müəllifi, Azərbaycan romantik aktyor məktəbinin istedadlı nümayəndəsi, gur səsli, coşğun səhnə temperamentli teatr və kino aktyoru.

Həyatı

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub. ADİİ-nin dram və Kino aktyorluğu fakültəsini bitirib (1969). Institutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) AMDT-də aktyor işləyib. İki dəfə Milli Məclisə deputat seçilib. Azərbaycan Respublikasının xalq artistidir (22 may 1991).

Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Aslan ("Kəndçi qız", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid) rollarını oynayıb.

Bakı Mədəni Maarif Texnikumunun direktoru olub (1992-1995).

Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.

Filmoqrafiya
Ağlar-güləyən (film, 1988)
Anın quruluşu (film, 1980)
Babək (film, 1979)
Dədə Qorqud (film, 1975)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Faydalı qazıntılar (film, 1981)
Günahsız Abdulla (film, 1984)
Qatır Məmməd (film, 1974)
Min birinci söz (film, 1997)
Təbəssüm (film, 1992)
Üzeyir ömrü (film, 1981)
Yeddi oğul istərəm... (film, 1970)
Topal Teymur (film, 1983)


Tarix: 02.02.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Aktyorlar