beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Novruzov

Ramiz Novruzov — Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax
5 Xarici keçid
5.1 Video
5.1.1 İzlə


Həyatı

Əsli Lerikdən olan Ramiz Kəvvam oğlu Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Gənc aktyor burada:
Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov),
Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov),
General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə)

rollarını ifa edib.

O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. Onun Akademik teatrda aşağıdakı rollarda oynayıb:
Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev),
Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),
Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev),
Seyton ("Maqbet" Uilyam Şekspir),
Edmund ("Kral Lir", Uilyam Şekspir),
Kreon ("Medeya", J.Anuy),
İbn Yəmin ("İblis", Hüseyn Cavid),
Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə),
Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə),
Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə),
Fərhad ("Sənsiz", Şıxəli Qurbanov),
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz),
Ələs bəy ("Dirilən adam", Mir Cəlal),
Qaçaq Süleyman ("Ölüləri qəbristanlıqda basdırın", İsmayıl Şıxlı),
Murad ("Xəcalət", Hüseynbala Mirələmov)
Cəbrayıl ("Teleskop", Elçin).

R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.

H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra"(Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənan bəy), "Yad qızı"(Nihad) və s. maraqlı rollar oynayıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Oğlu Cavidan Novruz aktyor və müğənnidir.

Filmoqrafiya
Alman klinikasına şəxsi səfər (film, 1988)
Antoni və Kleopatra (Antonio)
Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Bəyaz həyat (film, 2003)
Cavad xan (film, 2009)
Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
Cavid ömrü (film, 2007)
Dəfn edilməmiş ölülər (film, 1988)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Fatehlərin divanı (film, 1997)
Kreyser Sonatası (Musiqi müəllimi)
Qorxma, mən səninləyəm (film, 1981)
Qrinviç meridianından kənarda (film, 2007)
Məhkumlar (film, 2007)
Nizami (film, 1982)
Pərvanələrin rəqsi (serial, 2012)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Sarı gəlin (film, 1998)
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sonuncu dərviş (film, 2009)
Taleyin qisməti (film, 1996)
Topal Teymur (film, 1983) (Divanbəy)
Ümid (film, 1995)
Yad qızı (film, 1990)
Yurd yeri (film, 1994)
Yurd yeri (film, 1997)


Tarix: 03.02.2013 / 18:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 697 Bölmə: Aktyorlar