beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rahim Sadıqbəyli

Rejissor. Ssenari müəllifi. Aktyor. Rejissor assistenti. İkinci rejissor.

Həyatı

1965-ci il iyun ayının 25-i Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olub. İlk təhsilini Lənkəran şəhər 1-nli orta məktəbdə 1972-82 ci illərdə alıb. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunun (Hal hazırda Mədəniyyət və İncəsənət universiteti) dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1983-85-ci illərdə hərbi xitmətdə olub. 1988-ci ildən 1993-cü ilə qədər Azərfilm kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb.1989-91-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub.1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüsser və efir rejissoru, 1999-2000-ci illərdə İnternews-də prodüsser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində çalışıb.2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib.Həmən serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır. 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüsseri və 2011-ci ildən İctimai Bilik kanalı olan UR-də sujetlər prodüsseri kimi fəaliyyətdədir. Ailəlidir, Aydan, Əminə və Einar adlı 3 övladı var.

Filmoqrafiya
Doğma sahillər (film, 1989)
Azadlığa gedən yollar (film, 1990)
Qətl günü (film, 1990)
Nakəs (film, 1991)
Kənar adamlar (film, 1992)
Qırmızı qatar (film, 1993)
Onlar da insandır(1993, Türkiyə, Özbəkistan)
Əzablı qurtuluş (film, 1993)
Qisas günü (film, 1993)
"Atikva" ümid deməkdir (film, 1994)
Qara ney (film, 1994)
Azərbaycan vətənimdir. Nisim Nisimov (film, 1994)
İşğal (film, 1994)
Hacı Arif (film, 1995)
Novruz (film, 1995)
Novruz bayramı (1998, internews)
Azərbaycan jurnalistləri, internews (2000)
12-ci yolun sakinləri( 1998)
Bəyaz həyat (film, 2003)
Prezident seçkiləri-2003 (2003)


Tarix: 03.02.2013 / 18:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 318 Bölmə: Aktyorlar