beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşən Zeynallı

Kinorejissor. Ssenarist.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

1975 ci ildə anadan olub. 1992-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Bədii kino və telaviziya filmləri reissorluğu ixtisası üzrə xalq artisti Eldar Quliyevin yaradıcılıq emalatxanasında təhsil alıb. Təhsil müddətində bir neçə tələbə-tədris filmlərinin yaradıcısı olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb. 1998-ci ildə həqiqi hərbi xidmətdə olub. 1999-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kinorejissor kimi çalışıb. Bir sıra Dövlət sifarişi ilə çəkilən filmlərin yaradıcısı olub. Şuşa Musiqili Dövlət Dra Teatrında Elçinin "Cəhənnə sakinləri" pyesinin quruluşçu rejissoru olub. Ssenari müəllifi və rejissoru olduğu "Şuşasız" adlı tamaşanı hazırlayıb. "İpək yolu", "Vicdan susanda","Bu çayın suyu lilli", "Ölüləri qəbristanlıqda basdırın", "O gecənin səhəri", "Bu belə olmuşdur", "Kənddə bədən tərbiyyəsi" kimi bədii filmlər üçün ssenarilərin müəllifidir. Respublika Gənclər mükafatının laureatıdır. Hal-hazırda Azərbaycanda "Televiziya filmlərinin struktur problemi", "Azərbaycan televiziya kinosunun gələcək inkişaf perespektivləri" adlı kitabların üzərində işləyir. Peşə və ixtisas yönümü üzrə fərdi ustad-dərsləri keçirir. Bir çox tələbə-dinləyiciləri ADMİU-nun məzunudur. Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Peşəkar Kinorejissorlar Gildiysının üzvüdür. 2011 - ci ildən Azad Azərbaycan Teleradio Yayım Şirkətinin "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi fəaliyyətini davam etdirir. Evlidir, 2 övladı var.

Filmoqrafiya
Vokal (film, 2000)
Qədim hamamlar (film, 2001)
Zülfü ocağı (film, 2002)
Şəkidə toy (film, 2002)
Nehrəmli qız (film, 2002)
Ağ rəngin melodiyası (film, 2003)
Oxuyan ürəkdir (film, 2003)
Naxçıvan muzeyləri (film, 2003)
Tərəkəmə (film, 2003)
Mariya (film, 2004)
Xalqım mənim-H.Əliyev (film, 2004)
Qayıdış xalçası (film, 2004)
Ömür qatarı (film, 2004)
İsmayıl bəy Qutqaşınlı (film, 2004)
Bizim qəribə taleyimiz (film, 2005)
Ozan (film, 2005)
Şair haqqında ballada. Tofiq Bayram (film, 2005)
Sarıbaş (film, 2006)
Saz haqqı (film, 2006)
Çingiz Sadıqov (film, 2006)
Zərif nəfəs (film, 2007)
Şamaxı abidələri (film, 2007)
Əziz Əliyev-olduğu kimi (film, 2007)
Mən kiməm? Fikrət Qoca (film, 2007)
Onlarla birlikdə (film, 2008)
Ərkivan (film, 2008)
Axıska türkləri (film, 2008)
Aran nağılı (film, 2009)
Bir şəhərin tarixçəsi (film, 2009)
İngiloylar (film, 2009)
Bir ömrün salnaməsi (film, 2010
Korrupsiyaya qarşı hamılıqla mübarizə (film, 2011
Halay (film, 2011)
Balaban (film, 2011)
Fransız qadının gündəliyi (film, 2011)
Növbəti stansiya (film, 2011)
Şəki olduğu kimi (film, 2011)
Çildağ (film, 2011)
Meşə sakini (film, 2011)
Günəşin batdığı yer... (film, 2012)
Martın son günü 1918 (film, 2012) I hissə
Martın son günü 1918 (film, 2012) II hissə
Naftalan möcüzəsi (film, 2012)
Abşeron incisi (film, 2012)
Çayın nağılı (film, 2012)


Tarix: 01.02.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Aktyorlar