beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağarza Quliyev

Ağarza Səməndər oğlu Quliyev (22.12.1898, Lənkəran – 15.09.1976, Bakı) — azərbaycanlı aktyor, rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi (1960).Mündəricat
1 Həyatı
1.1 Çəkildiyi filmlər
1.2 Rejissor sssistenti olduğu filmlər
1.3 Rejissor köməkçisi olduğu filmlər
1.4 Rejissor olduğu filmlər
1.5 Ssenari müəllifi olduğu filmlər
2 Mənbə
3 Həmçinin bax


Həyatı

22 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirmişdir. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlamış, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirmişdir. Ağarza Quliyevin Azərbaycan kino sənətinin təşəkkülü və inkişafında xidməti olmuşdur.

Əməkdar incəsənət xadimi (1960) Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə vəfat edib.

Çəkildiyi filmlər
Bayquş (film, 1924)-Əli (Tammetrajlı Bədii Film)
Balıqçılar (film, 1927)-Balıqçı (Qısametrajlı Bədii Film)
Gilan qızı (film, 1928)-Əli (Tammetrajlı Bədii Film)
İlk komsomol buruğu (film, 1930)-Məmməd (Tammetrajlı Bədii Film)
Qızıl kol (film, 1930)(Tammetrajlı Bədii Film)
Əlsiz adamlar (film, 1932)-Şərif (Tammetrajlı Bədii Film)
On üç (1936)
Bir məhəllədən iki nəfər (film, 1957) (Tammetrajlı Bədii Film)
Sən niyə susursan? (film, 1966)-Kənd müəllimi (Tammetrajlı Bədii Film)
Mən ki gözəl deyildim (film, 1968)-Rəhim baba (Tammetrajlı Bədii Film)
Sevil (film, 1970)-Babakişi (Tammetrajlı Bədii Film)

Rejissor sssistenti olduğu filmlər
Bismillah (film, 1925)(Tammetrajlı Bədii Film)
Qızıl kol (film, 1930)(Tammetrajlı Bədii Film)
İyirmi altı komissar (film, 1933)(Tammetrajlı Bədii Film)

Rejissor köməkçisi olduğu filmlər
Hacı Qara (film, 1929)(Tammetrajlı Bədii Film)

Rejissor olduğu filmlər
Direktiv bant (film, 1932)(Qısametrajlı Bədii Film)
Azərbaycan diviziyasının düşərgələrində (film, 1932)(Qısametrajlı Sənədli Film)
Dostlar (film, 1934)(Qısametrajlı Bədii Film)
Almaz (film, 1936) (Qriqori Braginski ilə birgə) (Tammetrajlı Bədii Film)
Yeni horizont (film, 1940) (Qriqori Braginski ilə birgə) (Tammetrajlı Bədii Film)
Vətən oğlu (film, 1941) (Qısametrajlı Bədii Film)
Bəxtiyar (film, 1942) (Qısametrajlı Bədii Film)
Qara daşlar (film, 1956) (Tammetrajlı Bədii Film)
Səhər (film, 1960) (Tammetrajlı Bədii Film)
Ulduz (film, 1964) (Tammetrajlı Bədii Film)
Mən ki gözəl deyildim (film, 1968) (Tofiq Tağızadə və Ramiz Əsgərov ilə birgə) (Tammetrajlı Bədii Film)

Ssenari müəllifi olduğu filmlər
Ulduz (film, 1964) (Hüseyn Nəcəfov və Yuli Fogelman ilə birgə) (Tammetrajlı Bədii Film)
Mən ki gözəl deyildim (film, 1968) (Bayram Bayramov və İqor Strekov ilə birgə) (Tammetrajlı Bədii Film)


Tarix: 31.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 596 Bölmə: Aktyorlar