beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamran Şahmərdanov

Aktyor. Operator assistenti.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

1972-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə İsveçin Stokholm şəhərində İncəsənət Akademiyasının rejissorluq fakültəsini bitirib [1]. Bir müddət sonra İmatra şəhərində sinkretik janrlı «Ağ və Qara» teatrını yaradıb. 10 ildir ki, Azərbaycandan uzaqlarda, Finlandiyanın İmatra şəhərində yaşayıb-yaradır. Teatr sahəsində qazandığı uğurlar onu, nəinki yaşadığı məmləkətdə, eləcə də bütün dünyaya tanıdıb…

Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, Azərbaycan teatr mühiti ilə əlaqəsi olduqca sıxdır. Çox qısa fasilələrlə ardıcıl olaraq üç teatrda (“İbrus” Teatrında («Tənha səs», A.Şaiq adına Dövlət Kukla Teatrında «Ağ və Qara», Rus Dram Teatrında «Torağay» – S.B.) uğurlu tamaşalar hazırlaması deyilənlərə sübutdur.

Filmoqrafiya
Qaladan tapılan mücrü (film, 1982)
Qara gölün cəngavərləri (film, 1984)
İşarəni dənizdən gözləyin (film, 1986)
Araqarışdıran (film, 1987)
Bəxtəvər (film, 1990)
Ümid (film, 1995)
Oyun (film, 1996


Tarix: 02.02.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Aktyorlar