beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnur Abbasquliyev

Elnur Abbasquliyev — Aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir.

1996-2000-ci illərədək Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim Teatrında yüksək dərəcəli aktyor işləyir. O, Mehman Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Şəngül), "3 badam,1 qoz" – (2-ci badam), Şeyx Əttar Nişapuri "Uçuş" – (6-cı saliq), Çingiz Aytmatov "Manqurt" – (Nayman döyüşçüsü), Bəxtiyar Xanızadə "Nağaraçılar" – (Şagird nağaraçı), Bəxtiyar Xanızadə "Şərqə səyahət"-(Musiqiçi, Oğru, Konfutsi), Qurban Məsimov "Muğam trio – Dizlər" – (Kaman ifaçısı), Üzeyir bəy Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu əsasında "Dulusçu" – (1-ci mim), A.Kamyu "İnsan" – (Dalandar, Qoca Salomono), Bəxtiyar Xanızadə "Zibillik pərvanələri" – (Skripkaçı), B.Xanı-zadə "Eşq" – (Ulduz, Vərəq), A.Ekzüperi "Balaca şahzadə" – (Qızılgül), Z.Zeynalov "Maska"-(Dairə), Bəxtiyar Xanızadə "Kölgə" – (Tələbə), A.Məmmədov "Korlar" – (Kor) tamaşalarında, R.Həsənoğlu "Böylik dərisi" – (Məzhəkəçi) televiziya tamaşasında, R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şair) filmində, İzzət Əzizov "Qaz" – (Dəli) bədii televiziya tamaşalarında oynamışdır.

E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev. "Kiyev – Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.

2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. "Zınqırovlu pişik" tamaşasında (uzunquyruq siçan) oynayır.

Filmoqrafiya
Bəylik dərsi (film, 2007)
Cavid ömrü (film, 2007)
Kişiləri qoruyun (film, 2006)
QAZ (film, 2005)
Manqurt (film, 2003)
Nigarançılıq (film, 1998)
Salur Qazanın evi talandığı boy (film, 2001)


Tarix: 01.02.2013 / 18:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Aktyorlar