Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erik Bana

Erik Bana (d.Erik Banadinoviç; 9 Avqust 1968) Avstraliyalı televiziya və kino aktyoru.

Melburn, Avstraliyada doğulan Bana, Mad Max (1979) filmini izlədikdən sonra aktyor olmağa qərar verdi. Karierinə komediya filmlərində və skeçlərdə rol alaraq başladı. Chopper (2000) adlı film ilə çıxış etdi. Bu filmdən sonra tv serialları və filmlərində rol alan Bana, Black Hawk Downdakı (2001) Norm 'Hoot' Gibson və Hulkdakı (2003) Brus Banner rolları ilə Hollivudun diqqətini çəkdi. Aktyor, Avstraliya qitəsinin ən məşhur kino və televiziya filmlərindən olan Chopper, Full Frontal və Romulus, My Father [1] adlı istehsallardakı performansı sayəsində mükafatlar qazandı. Həm yüksək büdcəli studiya filmlərində həm də aşağı büdcəli müstəqil filmlərdə oynayan Avstraliyalı aktyor romantik komediya, elmi fantastika və hərəkət filmlərində performansını sərgilədi. Bananın ən əhəmiyyətli işləri Black Hawk Down (2001), Hulk (2003), Troya (2004), Munich (2005), və Star Trek (2009) adlı istehsalları. Motor maraqlısı olan Bana, ilk avtomobili 1974 XB Falcon Coupe ilə Avstraliyada müxtəlif yarışlara qoşulur. 21 Aprel 2007 tarixində bir qəza etdi. Bana və köməkçisi, qəzanı yaralanmadan sovuşdurdu. Bana, avtomobili 1974 XB Falcon Coupeun 25 illik keçmişini izah edən Love The Beast (2009) adlı sənədli filmdə rejissorluq etdi.Mündəricat
1 Bioqrafiya
1.1 Uşaqlığı, gəncliyi və ailəsi
1.2 1993-1997
1.3 1997-2005
2 Filmoqrafiya
3 İstinadlar


Bioqrafiya

Uşaqlığı, gəncliyi və ailəsi

Erik Bana.

Eric Bana, Melburn, Avstraliyada iki uşaqlı bir ailənin kiçik uşağı olaraq dünyaya gəldi. Xorvat mənşəli olan atası Caterpillar, Inc. şirkətində logistika idarəçisi idi. Alman mənşəli anası Eleanor isə qadın bərbəri idi. Bana, Melburnda olan və şəhərin qərbindəki bir şəhərətrafı bölgəsi olan aerodrom yaxınındakı Tullmarine şəhərində böyüdü. [2]

Aktyorluq qabiliyyətini erkən yaşda göstərən Bana, altı-yeddi yaşlarında ailə üzvlərinin təqlidlərini edə bilirdi. İlk olaraq babasının gedişini, mimikalarını və səsini təqlid etməyə başladı. Məktəbdən, müəllimlərinin təqlidlərini etməsi üzündən atıldı.[3] Gənckən, Mel Gibsonun oynadığı Mad Max (1979) adlı filmi izlədikdən sonra aktyor olmağa qərar verdi.[4] Yenə də Melburndakı Castle Hoteldə stand-up etməyə başlayana qədər bu peşəni ciddi olaraq düşünmədi. Bana, komedyenliğin özünə yetəcək qədər pul qazandırmadığını düşünərək burada barmenlik də etməyə başladı.

1993-1997

Bana, 1993-ci ildə Stiv Vizardın gecə yarısı proqramı Tonight Liveda səhnəyə çıxmağa başladı.[5] Bananın performansı prodüserlər tərəfindən bəyənilincə skeçlərdən ibarət olan komediya ardıcıllığı Full Frontal adlı nümayişi həm yazıb, həm də təqdim etməyə başladı. Proqramın göstərildiyi dörd il boyunca öz materiallarını və öz ailə fərdlərini əsas götürən hekayələri yazdı. Kolumbo, Arnold Şvartsenegger, Silvestr Stallone, və Tom Kruz təqlidləri Bananı proqramın tamaşaçıları arasında məşhur etdi. Bunlar Bananı 1996-ci ilə öz televiziya nümayişi olan Ericə apardı. Nümayiş, gündəlik hadisələrə yer verərkən Eric Bana Showun başlaması üçün də bir yol açdı. Serialın senarisini Bana yazdı. Həcvlər və məşhur qonaqlara rəğmən tamaşaçı çəkmədə uğursuz olan serial səkkiz bölüm sonra aşağı reytinq səbəbiylə nəşrdən qaldırıldı. Buna rəğmən bu proqramdakı çalışması ilə Logie Mükafatlarında Ən Populyar Komediya Şəxsiyyəti mükafatını aldı. Eyni il, Melburnda yeni bir aeroport qurulması üçün evlərinin dağılması məcburi olan, lakin buna müqavimət göstərən bir ailənin hekayəsinin izah edildiyi The Castle adlı filmdə köməkçi bir komediya rolu olan kickbox sevən mühasib Con Petropulos xarakteriylə rol aldı. Film gözlənilməz bir maliyyə müvəffəqiyyət əldə etdi və Avstraliyada 10.326.428 Avstraliya dolları qazandı.

1997-2005

1997-ci ildə drammatik rollardakı təcrübəsizliyinə rəğmən Endryu Dominikin Chopper adlı filmində rol almağı bacardı. Bu filmdə Avstraliyalı günahkar Chopper Readi canlandırdı. Dominik layihə üstündə beş il işləməsinə rəğmən Readi canlandıracaq aktyoru tapa bilməmişdi. Sonra rolu televiziyada izlədiyi Erik Banana verdi.[6]

Rolu almaq üçün 4 həftə ərzində yemək yeyib kilo almağı qəbul edən Bana, saçlarını da kəsdirdi. Bundan başqa gerçək Read ilə görüş keçirib. Bədəninə döymə etdirdi.[7] Film üçün gətirilən yaş həddinə rəğmən Bananın performansı, Avstraliya və xaricindən müsbət şərhlər aldı. Amerikalı film tənqidçisi Rocer Ebert, Bananın performansı üçün "Mən, bir komediyaçı olan Erik Bananın gələcəkdə böyük bir ulduz olacağını düşünürəm. Bu performansı çox az sayda aktyor verə bilər. Heç bir aktyorluq məktəbinin öyrədə bilməyəcəyi bir qabiliyyətə sahib, gözünüzü ondan ala bilmirsiniz" deyə yazdı .[8] Chopper filmi Avstraliyada maliyyə və tənqidi baxımdan uğurlu oldu. 2001-ci ildəki Avstraliya Film İnstitutu Mükafatlarında Ən Yaxşı Film nominasiyasına namizəd olarkən, Bana Ən Yaxşı Aktyor mükafatını qazandı. [9].

Bana, May 2007-də Lucky You filminin qalasında.

2001-ci ildə, rejissor Ridley Scott, Bananı yeni filmi Black Hawk Downnın heyətinə qatdı. Chopper filmində Bananı çox bəyənən Scott aktyoru seçmələrə keçirmədən müqavilə imzalattı. [10] Bana, Mogadishu, Somalidəki vəzifəsini tamamlamağa çalışan Birinci Sinif Çavuş Norm' Hoot 'Gibsonu canlandırdı. Aktyor filmin çəkilişlərinə başlamazdan əvvəl Chopper filmi üçün aldığı kiloları verdi və ağırlıq çalışdı. Delta Force operatoru Fort Bragdan atəş etmə təhsili aldı. Film müsbət tənqidlər ilə qarşılandı və ABŞ-da nümayişə girdiyi ilk həftə Box Office siyahılarında ilk sıraya keçib liderliyi üç həftə qorudu. [11]

Bananın sonrakı layihəsi aşağı büdcəli Avstraliya filmi The Nugget oldu. Bu komediya filmində Avstraliyanın işçi sinifindən olan bir vətəndaşı təsvir etdi. Bana, ona uşaqlığını xatırlatdığı üçün bu filmdə rol aldı.[12] The Nuggettan sonra Hulk adlı məşhur cizgi romandan uyğunlaşdırılan filmdə Brus Banneri canlandırması təklif edildi. Bana, filmin ssenarisi tamamlanmadan, The Ice Storm filmini bəyəndiyi Eng Li ilə çalışmaq üçün təklifi qəbul etdi.[13] Beləcə X-Men filmlərində rol alan Huğ Cekmandan sonra bir super qəhrəmanı canlandıran ikinci Avstraliyalı aktyor oldu. Bana, rolu "drama potensialı olması" və Eng Linin qeyri-adi bir super qəhrəman filmi çəkmək istəməsi" üzündən qəbul etdiyini söylədi. Bana ayrıca Sem Elliot və Nik Noltun sevdiyi aktyorlar olduğunu və filmdə onlarla birlikdə iştirak etməsinə çox sevindiyini bildirib. Hulk maliyyə və tənqidi baxımdan ümid edilən müvəffəqiyyəti təmin edə bilmədi. Lakin Erik Bananın aktyorluğu tərif yığdı.

Filmoqrafiya
1997 The Castle
2000 Chopper
2001 Black Hawk Down
2002 The Nugget
2003 Finding Nemo
2003 Hulk
2004 Troy
2005 Munich
2007 Lucky You
2008 The Other Boleyn Girl
2009 Mary and Max
2009 Love the Beast
2009 Star Trek
2009 The Time Traveler's Wife
2009 Funny People
2011 Hanna


Tarix: 30.01.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 605 Bölmə: Aktyorlar
loading...