beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arif Quliyev

Arif Quliyev — AktyorMündəricat
1 Həyatı
2 Ailəsi
3 Filmoqrafiya
4 Həmçinin bax
5 İstinadlar


Həyatı

A.Quliyev 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir.

1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunmuşdur. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.

A.Quliyev müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir. Hal-hazırda A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar Artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür. 1993-cü ildə A.Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. 1994-cü ildə o, Xalq Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

Ailəsi

Gülüş ustası Arif Quliyevin oğlu Fərid Quliyev vəfat edib. Yeri gəlmişkən deyək ki, Arif Quliyev özü hələ körpə vaxtından ailə faciəsi ilə üzləşib. Valideynlərini itirən aktyor uşaq evində böyüyüb və çətin həyat sürüb. Bu haqda özünün dediklərindən: "Uşaqlığım rahat keçməyib. İki yaşımda valideynlərim vəfat edəndən sonra qara çarşablı bir qadın məni Mərdəkanda uşaq evinin qarşısında qoyub gedib. Mən ətəyindən tutdum buraxmadım. Dedi ki, gözlə peçenye alıb gəlirəm. Amma gəlib çıxmadı". Amma bütün çətinliklərə baxmayaraq Arif Quliyev "Allahımdan razıyam" deyir[1].

Filmoqrafiya
İşgüzar adamlar (film, 1977)
Evləri köndələn yar (film, 1982)
Eksperiment (film, 1984)
Layiqli namizəd (film, 1984)
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
Cazibə qüvvəsi (film, 1985)
Əbədi mühərrik (film, 1985)
Bəyin oğurlanması (film, 1986)
Qəm pəncərəsi (film, 1986)
Yay gününün xəzan yarpaqları (film, 1986)
Sehrli çıraq (film, 1987)
Yaramaz (film, 1988)
Güzgü (film, 1990)(II)
Bəxt üzüyü (film, 1991)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
O dünyadan salam (film, 1992)
Mənim ağ şəhərim (film, 1994)
Yarımştat (film, 1996)
Bakı oğrusu (film, 1997)
Olacağa çarə yoxdur (film, 2003)
Şans (film, 2004)
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: Sərxanın tanışı
Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv)
Qoy oturmuşuq (veriliş, 2007)
Halal pullar (film, 2008)
Evləri göydələn yar (film, 2010)
Bığ Əhvalatı (film-tamaşa)


Tarix: 31.01.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 866 Bölmə: Aktyorlar