beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldəniz Quliyev

Eldəniz Quliyev – ssenari müəllifi, aktyor və kino redaktoru.

Həyatı

Eldəniz Cümşüd oğlu Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979-1981). "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), "Debüt" studiyasında baş redaktoru (1987-1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "SÜLH SƏFİRİ" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" gəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Respublika teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (Yazıçı, 1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (Ay-Ulduz, 1998), "Rasim Balayev" (Azərbaycan, 1999) kitabları nəşr olunub.
Aktrisa Xalidə Quliyevanın həyat yoldaşıdır.
Aktrisa Afaq Quliyevanın atasıdır.

Filmoqrafiya
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film)
Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
Belə bir kənd var (film, 1981)
Bəxtəvər (film, 1990)
Bircəciyim (film, 1986)
Biz deməkdən yorulduq... (film, 1991)
Cansıxıcı əhvalat (film, 1988)
Cin mikrorayonda (film, 1985)
Dəvətnamə (film, 1989)
Dəyirman öz işindədir... (film, 1990)
Gözbağlıcı (film, 1986)
Günah (film, 1989)
Güzgü (film, 1990)(II)
Haray (film, 1993)
Kölgədə 40 dərəcə isti (film, 1987)
Lal (film, 1992)
Növbənöv... (film, 1988)
Parlament (film, 1996)
Pirverdinin xoruzu (film, 1987)
Qanlı zəmi (film, 1985)
Qara qızılın qara üzü (film, 1990)
Qoca əsgər (film, 1993)
Quq-qulu-qu (film, 1992)
Sehrli ləçək (film, 1983)
Son tamaşa (film, 1989)
Süd dişinin ağrısı (film, 1987)
Təbəssüm (film, 1992)
Yaşa, qızıl balıq (film, 1988)
"Yapon" və yaponiyalı (film, 1990)


Tarix: 01.02.2013 / 18:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Aktyorlar