Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhram Əliyev

Aktyor

Həyatı

Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olmuşdur.

1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş.Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışmışdır.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır.

B.Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edir. Buna baxmayaraq onun ifası istər [vokal], istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənir. Onun Ü.Hacıbəyovun "Koroğlu" operasında ifa etdiyi Həmzə bəy, M.Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R.Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F.Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C.Puççininin "Çio-Çio-San" operasında Yamadori, R.Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilir və sevilir.

Hazırda B.Əliyev Ü.Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında "İntilligent Həsən" rolu üzərində çalışır.

Filmoqrafiya
Evləri köndələn yar (film, 1982)


Tarix: 31.01.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Aktyorlar
loading...