Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çarli Şin

Çarli Şin (ing. Charlie Sheen; əsl adı Karlos İrvin Esteves (ing. Carlos Irwin Estévez, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu.

Çarli Şin karyerasının ilk illərində "Tağım" "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən skandallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan qovulub. Amma buna baxmayaraq yenidən bir neçə filmə rol almışdır.

Seçilmiş filmoqrafiya
Çox qorxulu kino 3
Çox qorxulu kino 4


Tarix: 30.01.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Aktyorlar
loading...