Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Qəhrəmanov

Abbas Əhməd oğlu Qəhrəmanov (d. 31 mart 1969) - Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Şəkil
5 Həmçinin bax


Həyatı

Qəhrəmanov Abbas Əhməd oğlu 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino Aktyoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor, bu sənət ocağında Mərvan, Qoşqar (Bəxtiyar Vahabzadə "Fəryad", "Cəzasız Günah"), Rasim (K.Kərimov "Cahargah Fantaziyası"), Çinar (Q.Rəsulov "Qarabağ Əfsanəsi"), Aparıcı ("Məlik Məmməd"), Rasim (Şıxəli Qurbanov "Əcəb İşə düşdük"), Ər (R. "Müəmmalı Bir Qətlin Üç Versiyası"), Məmmədxan (İlyas Əfəndiyev "Hökmdar və Qızı"), İsgəndərzadə (Elçin "Ah Paris…Paris…"), Şöhli Məlik (Nəbi Xəzri "Burlaxatun"), Sahil (Əli Əmirli "Köhnə ev"), Aparıcı ("Şıltaq Şahzadənin Nağılı"), Andronik (Ramiz Novruz "Hələ "Sevirəm" Deməmişdilər"), Durmişxan (O.İoseliani "Kaş Araba Aşmayaydı") və s. tamaşalarda rəngarəng rollar oynamışdır.

Aktyor bir sıra televiziya tamaşalarında da çəkilmişdir. Bunlardan "Nişan Üzüyü"ndə Şahin, "Mənim Günahım"da Xansu, "6 №-li palata"da Ragin, "Yurd Yeri"ndə 3-cü qardaş, "Dədəm Qorqudun Kitabı"nda Boğacxan, "Hədiyyə"də Rasim tamaşalarındakı rolarını qeyd etmək olar.

FilmoqrafiyaFilmin adıİlAktyorMətn oxuyanİştirak edənFilmin növü
Mənim Günahım1985XansuTammetrajlı Film-Tamaşa, AzTv
Dəfn Edilməmiş Ölülər1988FransuaTammetrajlı Televiziya Tamaşası, AzTv
Müqəddəs Oda Yanaram1991RasimTammetrajlı Bədii Film
6 №-li palata1994RaginTeleviziya tamaşası, Aztv
Yurd Yeri1994ƏləddinTammetrajlı Film-Tamaşa, AzTv
Yurd Yeri1997ƏləddinTammetrajlı Bədii Film, AzTv
Ailə1998Tammetrajlı Bədii Film
Vahimə1998Ruhi xəstəQısametrajlı Bədii Film
Güllələnmiş Heykəllər2002İbrahim xanTammetrajlı Film-Tamaşa, AzTv
Odla qol-boyun2002TəzəbəyQısametrajlı Bədii Film
Palata2002Ruhi xəstəTammetrajlı Bədii Film, ANS
Bir Anın Həqiqəti2003Afiyəddin CəlilovÇoxseriyalı Bədii Film
Tənha durna uçuşu2003KişiTammetrajlı film-tamaşa, AzTv
Yanmış Körpülər2003İmranÇoxseriyalı Bədii Film, AzTv
Şans2004QədirTammetrajlı Bədii Film, AzTv
Arxada Qalmış Gələcək2005AğaəliTammetrajlı Bədii Film
Cümhuriyyət Generalları2006Qısametrajlı Sənədli Film, AzTv
Cavad Xan. Filmin Filmi. 5-ci Veriliş2007Qısametrajlı Sənədli Film, İTV
Təhlükəsiz və Sağlam Əmək Şəraiti Yaratmaq İşəgötürənin Borcudur2007İşə götürənQısametrajlı Bədii Film
Günaydın, mələyim!2008Tammetrajlı Bədii Film
Kuklalar2008Tammetrajlı Bədii Film
Cavad xan2009erməniTammetrajlı Bədii Film
Ölüm növbəsi2009MurtuzTammetrajlı Bədii Film
Dayanacaq2009Arvadın atasıQısametrajlı Bədii Film
Yaddaş2010Tammetrajlı bədii film
Əzizim Fellini2010Tammetrajlı bədii televiziya filmi
Susmuş vicdan2010bədii serial
Yuva2012qısametrajlı bədii film
Döngələr (2012)2012çoxseriyalı bədii televiziya filmi


Tarix: 31.01.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Aktyorlar
loading...