Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çak Norris

Çak Norris (ing. Chuck Norris, əsl adı Karlos Rey Norris (kiçik), ing. Carlos Ray Norris Jr.; 10 mart 1940-cı il, Rayan, Oklahoma, ABŞ) — amerika kinoaktyoru və döyüş növləri ustası, Hollivud ulduzu, qardaşı Aaron Norrisin döyüş filmlərində əsəs rolların ifaçısı.Mündəricat
1 Həyatı
2 Film karyerası
3 Xeyriyyəçilik
4 Şəxsi həyatı
5 Filmoqrafiya
6 Mənbə


Həyatı

Əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı ildə ABŞ-ın Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Norrisin atası avtomexanik olub və gələcək aktyorun ailəsi kasıbçılıqla yaşayıb. Onların daimi yaşayış yeri olmayıb, anası və iki balaca qardaşı ilə qalan Norris yarısəfil ömür sürüb. Sonradan valideynləri boşandıqdan sonra ailəyə yeni başçı gəlib. Məhz ögey atası Corc Nayt Çak Norrisin idmanı ehtiraslı sevməsinin səbəbkarı olub.

Orta məktəbi başa vurduqdan sonra Karlos Hərbi Hava Qüvvələrinin sıralarına yazılıb. O, 1959-cu ildə 3-cü dərəcəli pilot kimi Koreyaya göndərilib. Hərbi bazada onu Çak adlandırmağa başlayıblar. Məhz orada Şərq mədəniyyəti və dini ilə tanış olan Norrisdə şərq əlbəyaxa döyüş növləri – karate, Dzü-do və taekvondoya maraq yaranıb. 3 il davam edən hərbi xidməti dövründə o, qara kəmər sahibi olub. Ordudan tərxis olunduqdan sonra Çak Los-Ancelesdə karate məktəbləri şəbəkəsi açıb. Norrisin yarışlarda qələbələr seriyası isə 1965-ci ildə həmin şəhərdə "Bütün ulduzların çempionatı"ndan başlayıb. 3 il sonra o, orta çəkidə peşəkar karate üzrə dünya çempionu titulunu əldə edib. Çak bu titulu ardıcıl 7 il qoruyub və idmandan məğlubiyyətsiz gedib. Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir.

Film karyerası

Müəllim kimi peşəkarlığı və gurultulu idman titulları sayəsində Çakın məktəbi Los-Anceles sakinləri arasında böyük populyarlıq qazanıb. Sakinlər arasında dünya kinosunun bir çox məşhur şəxsləri də olub. İdman uğurlarının pik nöqtəsinin arxada qaldığını anlayan Çak Norris yeni fəaliyyət sahəsi axtarıb və istədiyini kinematoqrafiyada tapıb. Çak dünya kinosunda karyerasına dostu və sparrinq-tərəfdaşı, məşhur Brüs Li sayəsində başlayıb. Məhz Li Norrisi 1972-ci ildə "Əjdahanın qayıdışı" filmində çəkilməyə dəvət edib. Çakın ifası diqqətsiz qalmayıb, hər iki idmançının iştirak etdiyi döyüş səhnəsi isə bu gün də karate filmləri klassikasından sayılır. Kinoda çəkilmək Norrisin xoşuna gəlib. Lakin effektli debütdən sonra o, yalnız bir təklif alır ki, bu da "San-Fransiskoda qətliam" adlı Honkonq döyüş filminə təsadüf edib. Norris yenə "pis oğlan" rolunu oynayıb, filmin özü isə o qədər uğursuz alınıb ki, onu uzun müddət ekranlara buraxmayıblar. Peşəkar aktyorlarla ünsiyyət zamanı Çak aktyor sənətinin nə qədər çətin olduğunu anlayıb. Nəticədə o, aktyorluq sinfinə daxil olub. 34 yaşlı karateçi sinfinin ən yaşlı şagirdi sayılıb.

1977-ci ildə kinoya qayıdan Norris "Dağıdıcı" döyüş filmində rol oynayıb və tezliklə "Cannon Pictures" firmasının filmlərinin ulduzuna çevrilib. 1993-cü ildə "CBS" telekanalı ona Texas reynceri (gözətçisi) Uoker rolunu oynamağı təklif edib. Çak Norris bununla razılaşıb. Brüs Linin vaxtsız ölümündən sonra "karate filmləri" janrında boşluq yaranıb. Bu vakuumu Norris doldurmalı olub. Alçaqboy, enlikürək sarışın, o qədər də gözəl olmayan, amma cəlbedici görkəmli sarışın dərhal amerikalı tamaşaçının zövqünə uyğun gəlib.

Kinoda 30 ildən çox fəaliyyəti dövründə Norris 55-dən çox filmdə çəkilib. Onlardan "Qızıl məbəd", "Yaxşı oğlanlar qara geyinir" və "Dağıdıcı" filmləri diqqəti o qədər də cəlb etməyib. Amma "Oktaqon", "İtkin düşənlər", "Delta əməliyyatı", "Qeyri-adi Uoker: Texassayağı ədalət", "Əjdahanın qayıdışı", "Sükut kodeksi", "Göz-gözə, diş-dişə", "Tənha canavar Mak Kveyd", "Alovda qaçan" filmləri isə geniş populyarlıq qazanıb.

Xeyriyyəçilik

1990-cı ildə Çak Norris rəfiqəsi Cina ilə birgə "Narkotikləri Amerikadan qov" adlı fond yaradıb. Bu fond uşaq və yeniyetmələrin narkotik asılılığından qurtulmasına kömək edir. 2006-cı ilin sentyabrında Çak və Cina orta məktəbdə İncilin öyrənilməsi üzrə Amerika Milli Şurasının idarə heyətinə daxil olublar. Təşkilatın əsas missiyası İncilin ABŞ məktəblərində mütləq öyrənilməsinə nail olmaqdan ibarətdir. Lakin hələlik bu, baş vermədiyindən, Şura pulla tutulmuş pedaqoqların dərs keçdiyi İncil kurslarını aparır.

Şəxsi həyatı

1993-ci ildə Çak Norris "Qeyri-adi Uoker: Texassayağı ədalət" filminin çəkiliş meydançasında gənc aktrisa Cina O Kelli ilə tanış olur. O Kelli Norrisin hazırkı həyat yoldaşıdır. Onlar 28 noyabr 1998-ci ildə nikaha giriblər. 1959-ci ildə isə Çak sinif yoldaşı Diana Xoloçeklə evlənib. Onların nikahı 30 il davam edib.

Çak Norris 5 uşaq atasıdır. Övladlarından 3-ü ilk nikahındandır. İkinci həyat yoldaşı isə 2001-ci ildə Dakota adlı oğlan və Daniel adlı qızdan ibarət əkiz övladlar dünyaya gətirib. Norris böyük oğlanları ilə dostluq əlaqələrini saxlayır. Onlardan biri kinolardan tryukların quruluşçu rejissorudur. Çakın qardaşı Aaron Norris isə kinorejissordur.

Filmoqrafiya

Çak Norris karate təlimatçısı (1976)İlFilmRolQeydlər
1972Əjdahanın qayıdışıKoltAktyor
1973Müəllim-tələbəKarate təlimçisiAktyor
1977Qayda pozan! Qayda pozan!Con DevidAktyor
1978Yaxşı oğlanlar qara geyinirCon BukerAktyor
1979Təkin qüvvəsiMatt LoqanAktyor
1980OktaqonSkott CeymsAktyor
1981Göz üçün gözSin KenAktyor
1982Səssiz qəzəbŞerif Den StivensAktyor
1982Əlacsız qisasCoş RendellAktyor
1983Tənha canavar MakKueydMakKueydAktyor
1984İtkin düşmüşlərKol Ceyms BreddokAktyor
1985İtkin düşmüşlər 2: BaşlanğıcKol Ceyms BreddokAktyor
1985ABŞ-a zorla soxulmaMett HanterAktyor
1985Sükut kodeksiEddi KusakAktyor
1986Alovda qaçanMaks DoniqanAktyor
1986Delta əməliyyatıKoltAktyor
1988Qəhrəman və terrorDenniAktyor
1988Breddok: İtkin düşmüşlər 3Kol Ceyms BreddokAktyor
1990Delta əməliyyatı 2KoltAktyor
1991Muzdlu qatilKliff KarretAktyor
1992Cüt zərbəÇak NorrisAktyor
1994Cəhənnəmə məhkumFrenk ŞetterAktyor
1996Meşə döyüşçüsüMeşə döyüşçüsüAktyor
1998Loqanın müharibəsiCek FellonAktyor
1999İldırım övladlarıReyncer Kordel UokerAktyor
2000Prezidentin adamıCoşua MakKordAktyor
2005BıçaqCon ŞeferdAktyor
2012Məğlubedilməzlər 2UokerAktyor


Tarix: 30.01.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 615 Bölmə: Aktyorlar
loading...