Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhram Bağırzadə

Bəhram Bağırzadə – tanınmış Azərbaycan aktyoru, şoumen, naşir.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.

1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.

1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası: Teatr rejissoru.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür.

1992-ci ildə ŞHK çempionu,

1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və

2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür.

1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında " "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Səhər (veriliş, 1995)
Hər şey yaxşılığa doğru (film, 1997)
Yerlə göy arasında (film, 1999)
Yuxu (film, 2001)
Milli bomba (film, 2004)
Yoxlama (film, 2006)
Bir dəfə Qafqazda (film, 2007)
Halal pullar (film, 2008)
Qorxma, mən səninləyəm-2


Tarix: 31.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Aktyorlar
loading...