Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Conni Depp

Conni Depp (9 iyun, 1963, Ouensboro, Kentukki) — amerikan aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən görkəmli rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası).

Həyatı

1986-da "Platoon" filmində kiçik bir rol aldı. Depp 1987-ci ildə 21 "Jump Street" adlı seriala çəkilir. serialın müvəffəqiyyət qazanmasıyla birdən-birə Depp gənclərin ideali halına gəlmişdi. Ancaq bu Deppin istədiyi şey deyildi. Özünü satışa çıxarılmış hiss edirdi və serialla razılaşması bitdiyində yalnız öz istədiyi rollarda oynamağa qərar verdi.

Cohnni Deppin karieri üçün əhəmiyyətli bir nöqtə isə Tim Börton ilə tanış olmasıdır. Depp Börtonun rejissorluğunu etdiyi xeyli çox filmdə rol almıştır. Bunlardan biri 1990 tarixli "Edward Scissorhands" filmidir. Depp bu filmdə baş rol oynadı. Bu ikili daha sonra 1994 istehsalı "Et Wood", 1999 istehsalı "Sleepy Hollow", 2005-ci il istehsalı "Charlienin Şokolad Fabriki" və "Corpse Bride" ardından isə 2007 istehsalı "Sweeney Todd: The Demon Barber of Fleet Street" filmində birlikdə çalışmışlar. Depp 1993 tarixli dram "What's Eating Gilbert Grape" filmində Leonardo Di Kaprio və Cülyetta Levis kimi gənc ulduzlarla baş rolu paylaşmışdır. Bosniya-Hersek doğulan rejissor Əmr Kusturica 'nın Arizona Dream filmində də oynamışdır. Bir gərginlik filmi olan Roman Polanski 'nin idarə etdiyi The Ninth Gate , bir Stephen King uyğunlaşdırması "Secret Window", qarındəşən Cek ilə əlaqədar olan From Hell kimi qaranlıq filmlərin yanında, Chocolat kimi romantik filmlərdə və Onca Upon A Time In Mexiko kimi hərəkət filmlərində də oynamışdır. 2004-ci il tarixli Peter Penin yazıçısı J. M. Barrienin canlandırıldığı "Finding Neverland" filmi ilə Oskara namizəd olmuşdur.

Oyunçunun bu günə qədər ki donuk nöqtəsi "Karib Quldurları: Qara mirvarinin lənəti" filmində olmuş və bu film sayəsində 2003-cü ildə Akademiya Mükafatlarında Ən yaxşı Kişi Oyunçu mükafatına namizəd olmuşdur. Filmdəki Jack Sparrow rolu əvvəl prodüserlər tərəfindən bəyənilməmişdir; ancaq film nəşr olunduqdan sonra film bu kararkterin üstündə yüksəlmişdir. Depp daha əvvəldən yaradılmış xarakterin ən son halını "Rolling Stones" gitaristi Keith Richardsdan ilhamlanaraq yaratmışdır. Filmin ikinci və üçüncü hissələri də bir çox rekord qıraraq, sinemaseverler tərəfindən bəyənilmişdi. 2007-ci ilə gəlindiyində isə daha əvvəldəndə birlikdə çalışdığı Tim Burton ilə birgə Sweeney Todd: Fleet Küçəsinin Şeytan Bərbəri filmində rol almışdır. Film Akademiya Mükafatlarında Cohnni Deppə "İlin Ən yaxşı oyunçusu" budağında namizədlik gətirmişdir. Ancaq film, yalnız bir budaqda "Akademiya Mükafatı" qazanmışdır.

Filmoqrafiya
1984 – "Qarağac küçəsində qarabasma" (ingiliscə: "A Nightmare on Elm Street 1" (Glen Lantz) "
1985 – "Şəxsi kurort"--\ org. Private Resort(Jack)
1986 – "Tağım"--\ org. Platoon(Pvt. Gator Lerner)
1986 – "Ləng alov" org. Slow burn (Donnie Fleischer)"
1987/1991 – "21. Jump küçəsi" (serial) – 21 Jump Street(Officer Tom Hanson)"
1990 – "Ağlağan"--\ org. Cry-Baby(Wade 'Cry-Baby' Walker)"
1990 – "Edvard – qayçı əllər"--\ org. Edward Scissorhands(Edward Scissorhands)
1991 – "Freddi ölüdür: Sonuncu qarabasma"--\ org. Freddy’s Dead: The Final Nightmare(Teen on TV)
1993 – "Arizona arzusu"--\ org. Arizona Dream(Axel Blackmar)
1993 – "Benni və Cun"--\ org. Benny & Joon(Sam)
1993 – "Gilbert Grape"--\ org. What’s Eating Gilbert Grape(Gilbert Grape)
1994 – "Ed Vuud"--\ org. Ed Wood(Ed Wood)
1995 – "Don Juan de Marko"--\ org.Don Juan DeMarco(Don Juan)
1995 – "Ölü"--\ org.Dead Man(William Blake)
1995 – "Sonuncu dəqiqədə"--\ org.Nick of Time(Gene Watson)
1997 – "Donni Brasko"--\ org.Donnie Brasco(Donnie Brasco, Joseph D. 'Joe' Pistone)
1997 – "Cəsur"--\ org.The Brave(Raphael)
1998 – "Qorxu və nifrət Las-Veqasda"--\ org.Fear and Loathing in Las Vegas((Raoul Duke))
1998 – "L.A xəritəsiz"--\ org.L.A. Without a Map(William Blake) özünü oynayır
1999 – "Doqquzuncu darvaza"--\ org.The Ninth Gate (Dean Corso)
1999 – "Astronavtın arvadı"--\ org.The Astronaut’s Wife( Commander Spencer Armacost)
1999 – "Yuxulu boşluq"--\ org. Sleepy Hollow(Constable Ichabod Crane)
2000 – "O kəs... hansı ki, ağlayırdı" (ingiliscə: The Man Who Cried) – Cesar.
2000 – "Gecə düşənə kimi" (ingiliscə: Before Night Falls) – Bon Bon, Lieutenant Victor.
2000 – "Şokolad" (ingiliscə: Chocolat) – Roux.
2001 – "Kokain" (ingiliscə: Blow) – George Jung.
2001 – "Cəhənnəmdən" (ingiliscə: From Hell) – Inspector Frederick Abberline.
2003 – "Karib dənizinin quldurları – Qara mirvarinin lənəti" (ingiliscə: Pirates of the Caribbean: The Curse of the Black Pearl) – Jack Sparrow.
2003 – "Meksikada Bir Dəfə" (ingiliscə: Once Upon a Time in Mexico) – Sands.
2003 – "Çarli: Çarli Çaplinin Həyatı və Sənəti" (sənədli film) (ingiliscə: Charlie: The Life and Art of Charles Chaplin.
2004 – "Məxfi Pəncərə" (ingiliscə: Secret Window) – Mort Rainey.
2004 – "Finding Neverland" (ingiliscə: Finding Neverland) – Sir James Matthew Barrie.
2004 – "Tərbiyəsiz" (qraf rolunda) (ingiliscə: The Libertine) – Rochester.
2005 – "Çarli və Şokolad Fabrikası"--\ org.Charlie and the Chocolate Factory(Willy Wonka)
2005 – "Gəlinin meyti" (səsləndirmə) (ingiliscə: Corpse Bride) – Victor Van Dort.
2006 – "Karib dənizinin quldurları 2" (ingiliscə: Pirates of the Caribbean: Dead Man’s Chest) – Jack Sparrow.
2007 – "Karib dənizinin quldurları 3" (ingiliscə: Pirates of the Caribbean: At World’s End) – Jack Sparrow.
2007 – "Suinni Todd" (ingiliscə: Sweeney Todd, The Demon Barber of Fleet Street) -Benjamin Barker/Sweeney Todd.
2009 – "Djonni.D" (ingiliscə: Public Enemies) – John Dillinger.
2010 – "Turist" (ingiliscə: The Tourist) – Aleksandr Pirs.


Tarix: 30.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 591 Bölmə: Aktyorlar
loading...