beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balqabaqlı şorba resepti,,

Tərkibi:
3 ədəd orta ölçülü balqabaq
1 ədəd orta ölçülü soğan
2 x.q duru yağ
2 ədəd pomidor
Yarım çay stəkanı düyü
5 su stəkanı isti su
1 çimdik duz və nanə

Hazırlanması:
Rəndələnmiş soğanı və duru yağı bir qazana əlavə edin. Az odda 1-2 dəqiqə qarışdırın. Qabıqları soyulmuş və rəndələnilmiş balqabağı əlavə edib, qarışdırın. Rəndələnilmiş pomidor, düyü və isti suyu əlavə edib, qaynamağa buraxın. Su qaynadıqdan sonra ocağın altını azaldın və düyü yumşalana qədər bişirin. Daha sonra ocağın altını bağlayıb, duz və nanə əlavə edin. 2- 3 dəqiqə gözlətdikdən sonra isti olaraq servis edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:58 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Şorbalar ve Helimler