Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ananaslı piroq
Ananaslı piroq

MATERİAL SİYAHISI:

2,5 su stəkanı un
125 q. Kərə yağı
1 su stəkanı şəkər kirşanı
1 yumurta
1 çay qaşığı qabartma tozu
2 xörək qaşığı toz fındıq
Su

KREMİ ÜÇÜN:

2,5 su stəkanı süd
4 xörək qaşığı un
1 çay stəkanı toz şəkər
1 paket vanil
1 poşet köpükləndirilmiş şəndi

ÜZƏRİ ÜÇÜN:

Ananas

İÇİ:

Unu qarışdırma qabına alırıq. Kirşanı şəkərini, qabartma tozunu və toz fındığı əlavə edirik, qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Yumurtasını sınırıq və yarım çay stəkanı soyuq su tökürük. Ortadakı materialları qarışdırırıq və kənardan un alaraq xəmiri yoğururuq. Bu zaman kremi üçün, südü qazana tökürük. Şəkər tozu, vanil və unu əlavə edirik.

Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ana qədər bişiririk. Kremi soyumağa qoyuruq. Piroq xəmirini yağlanmış piroq qəlibinə alırıq və əlimizlə yayırıq. Kənarlarını qəlibin kənarları kimi yüksəldirik. Ortası çuxur qalır. Üzərinə çəngəllə dəliklər açırıq. Xəmiri donrucuda 5-10 dəqiqə qədər ayrılırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Krem soyuyanda içinə köpükləndirilmiş şəndi istifadə edirik və mikserlə krem kimi olana qədər çalırıq. Piroq xəmiri bişib də soyuyanda içinə kremi tökürük və spatula-la üzərini düzəldirik. Ananası soyub ortasındakı sərt qismi çıxarırıq və dilimləyirik Ananas dilimlərini kreminin üzərinə düzərək xidmət edirik.


Tarix: 26.03.2015 / 12:54 Müəllif: Nurana Baxılıb: 150 Bölmə: Şirniyyatlar
loading...