beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd kremli və meyvəli ballı tort resepti

Tərkibi:
2 x.q. bal
4 yumurta
1 st. şəkər tozu
2 st. un
2 x.q. araq
2 x.q. kakao tozu
1 ç.q. soda
banan
kivi
likör (istənilən, məsələn, meyvəli)
300 q kərə yağı
2 banka qatılaşdırılmış süd (bankada bişirilmiş)

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalıb yavaş-yavaş bal (maye), araq, sirkədə söndürülmüş soda və un əlavə edin, xəmir yoğurun.
Xəmiri iki yerə bölün. Bir hissəsinə kakao töküb qarışdırın.
Sonra dairəvi siniyə ayrı-ayrılıqda töküb qızdırılmış sobada bişirin. İki korj alınacaq - açıq və tünd rəngli. Çıxarıb soyudun. Hər korju eninə iki yerə bölün, 4 korj alınacaq.
Hər bir korjun üzərinə yarıbayarı su ilə qarışdırılmış likör çəkin. Korjları perqament kağızının üzərinə qoyun.
Bankadakı qatılaşdırılmış südü bir neçə saat suda qaynadın (indi bunun hazır qaynanmışı da satılır), soyudun. Kərə yağı ilə çalın. Qoz da əlavə edə bilərsiniz.
Tort üçün iri boşqab götürün. Əvvəlcə bir rəngdən olan korju içinə qoyun, krem çəkib, nazik halqalarla doğradığınız bananları üzərinə düzün. İkinci korju üstünə qoyun. Bunun da üzərinə krem çəkib, kivi dilimlərini düzün. Bu minvalla bütün dörd korjdan tort hazırlayın.
Tortun üzəri və kənarlarına krem çəkib öz zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:03 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Şirniyyatlar