beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Georgi Vayner

Georgi Aleksandroviç Vayner - Rusiya yazıçısı.

Həyatı

Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Mesto vstreçi izmenit nelzya" ("Görüş yerini dəyişmək olmaz") filmini çəkib.

1990-cı ildən bəri ABŞ-da yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib.

G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.


Tarix: 20.01.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: Şairlər və Yazıçılar