beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yavuz Akpınar

Yavuz Akpinar (1947)—Türk yazıçısı. Azərbaycan Yazıçılar ittifaqının üzvü.

Həyatı

Yavuz Akpinarın elm yolu barədə bəlli olan budur ki, Ərzurum Atatürk Universitetinin məzunudur (1969). Elm yolunu seçən Yavuz bəy 1984-cü ilə qədər bu universitetdə Azərbaycan ədəbiyyatını tədris edirdi və müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq çalışmasını da burada 1980-ci ildə tamamlamışdır. 1984-cü ildən Egey Universitetində (İzmir) çalışmağa başlamışdır. Azərbaycanın təbliğində bu qədər böyük işlər gördüyünə görə 1989-cu ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Yavuz Akpinar 1992-93-cü illərdə isə Miçiqan Universitetində (ABŞ) öz sahəsi ilə bağlı araşdırmalar apararkən də Azərbaycan mövzusunu əsas götürürdü. Həmin vaxtlar buna paralel olaraq "Amerikanın səsi" radiosunda Azərbaycan ədəbiyyatı barədə məqalələr yazaraq öz səsi ilə oxuduğunu da yaxşı xatırlayırıq. Yavuz Akpinar Azərbaycan ədəbiyyatının tədqiqinə hələ Ərzurum Universitetində oxuyarkən başlamış, ilk öncə M.F.Axundzadə ilə maraqlanmış, 70-ci illərdən bəri dəfələrlə Güney Azərbaycana və Bakıya gəlmiş, elə o vaxtlar da mərhum professor Abbas Zamanovla əlaqə yaratmışdır. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun verdiyi rəqəmə görə, hazırda şəxsi fondlarda Yavuz Akpinarın "bizimki"lərə yazdığı 2000-dən çox məktub mühafizə edilir. Onlardan 250-yə qədəri professor Abbas Zamanova (1993-cü ildə vəfat etdi) ünvanlanmışdır. Sovet dönəmində iki ölkənin filoloq alimlərinin müəyyən mənada yarımleqal yaradıcılıq əlaqələrinin qurulmasında Abbas Zamanov – Yavuz Akpinar xətti ilə son dərəcə faydalı işlər görüldüyü də söyləndi. İndi Yavuz Akpinar BDU-nun fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yavuz Akpinarın yazdığı əsərlər Türkiyədə azərbaycanşünaslıq sahəsində mötəbər sayılır. Bu böyük alimin bir faydalı təşəbbüsü də 1982-ci ildə İbrahim Bozyellə birlikdə təsis etdikləri "Qardaş ədəbiyyatlar" dərgisidir ki, burada bütün türk ölkələrinin ədəbiyyatları təmsil olunmaqdadır.


Tarix: 20.01.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Şairlər və Yazıçılar