beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baba Babazadə (ədəbiyyatşünas)

Bu adın digər istifadə formaları üçün, bax: Baba Babazadə.BABA BABAZADƏ
Baba Hüseynəli oğlu Babazadə

Doğum tarixi:17 mart 1955-ci il (57 yaş)
Doğum yeri: Azərbaycan SSR, Şəki, Baş Göynük


Babazadə Baba Hüseynəli oğlu — ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Baba Babazadə 1955-ci il martın 17-də Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir (1976-1982). 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə "XX əsrin satirik nəsrində tipikləşdirmə" mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

"Bədii ədəbiyyatda tipiklik" (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. "XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır.

Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosentidir. 1996-cı ildan Yazıçılar Birliyinin üzvüdür.

Əsərləri
1. Bədii ədəbiyyatda tipiklik (dərs vəsaiti). Bakı: APU nəşriyyatı, 1992, 92 səh.
2. Tənqidi realist ədəbiyyatda bədii tip məsələsi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
3. Maarifpərvər ədəbiyyatda xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 124 səh.
4. Romantizm və bədii xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
5. Ədəbi xarakter və tip. Bakı: Elm nəşriyyatı, 1999, 96 səh.
6. "Kitabi Dədə Qorqud" dastanında bədii təhkiyə. Bakı: Elm nəşriyyatı, 2000, 60 səh.
7. Klassik ədəbiyyatda bahariyyələr (nəzəriyyə və poetik məsələlər). Bakı: BDU nəşri, 2000, 40 səh.
8. XX əsr satirik şerində tip və tipiklik. Bakı: BDU nəşri, 2000, 102 səh.
9. Prof. İnayət Bəktaşi - 70 (həyatı və yaradıcılığı). Bakı: BDU nəşri, 2001, 32 səh.
10.Azərbaycan sentimentalizmi. Bakı: BDU nəşri, 2003, 110 səh.


Tarix: 14.01.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Şairlər və Yazıçılar