beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gicitkan...

Gicitkan çoxillik bitki olub, 100-120 sm hündürlüyündə rast gəlinir. Tərkibində aşılayıcı maddələr, zülallar, qarışqa turşusu, pantoten turşusu, K, C vitaminləri, karotinoidlər, dəmir duzları, xlorofill, mum vardır.
Gicitkanın əsastəsiri tərkibindəki dəmir duzları və vitaminlərlə bağlıdır. Bu bitki lipid (yağ) mübadiləsini normallaşdırır, eritrositlərin yaranmasına stimulə edici təsir göstərir. Yarpaqlarının tərkibindəki K vitamini qaraciyərdə laxtalanma faktorlarından birinin –protrombinin əmələ gəlməsini stimulə edir.bundan başqa, gicitkanın müalicəvi növləri öd qovucu, iltihabı kəsici, mədə-bağırsaq traktının selikli qişasını regenerasiya edici xüsusiyyətlərə malikdir. Bundan başqa, onun damar daraldıcı effekti də vardır.
Uzun illərdir ki, gicitkanın dəmləməsi və ekstraktını ağciyər, qaraciyər, uşaqlıq, bağırsaq qanaxmalarında istifadə edirlər. Qanyaradıcı, bərpaedici xüsusiyyətlərinə görə, yerli olaraq, trofik yaralarda, yanıqlarda dəmləməsindən islatma şəklində işlətmək məsləhət görülür. Eləcə də qanda şəkəri azaldır, süd və sidik ifrazını, cinsi fəaliyyəti artırır. Burun qanaxması zamanı əzib buruna qoyduqda qanaxmanı kəsir. Yarpaqlarından 30-60q, köklərindən 30-40q dəmləyərək istifadə edirlər. Gicitkan yarpaqları mədə, qanyaranma üçün, vitaminləşdirici yığıntıların tərkibinə daxil edilir.

Tərkibində A,B,C vitaminləri, potasium, orqanik turşu, formik turşu, kimi maddələr olan gicitkən nə qədər insanları dalayaraq onları özündən uzaq tutmağa çalışsa da insanlar onun sağlamlığa olan faydalarından daima istifadə etməyə çalışırlar.
Gicitkən otunu dəmləyib çay kimi içərək aşağıdakı xəstəlikləri müalicə etmək mümkündür.
� Qanı təmizləyir və artırır
� Dəmir çatışmamazlığın aradan qaldırır
� İltihabı götürür
� Revmatizmanın müalicəsi üçün olduqca əhəmiyyətlidir
� Mədə bağırsaq xorasını yaxşılaşdırır
� Bir çox allergiya xəstəliklərinə müsbət təsir edir
� Yetkinlik dövründə ortaya çıxan səpkiləri təmizləyir
� Həmçinin gicitkən toxumunu döyərək balla qarışdırıb gündə 2-3 çay qaşığı yemək cinsi gücü artırır.

Qeyd edək ki:Bu reseptdən istifadə edərkən 8-10 qramdan artıq gicitkən toxumu qəbul etmək olmaz.
Yadda saxlamaq lazımdır ki, gicitkanın ateroskleroz, tromblar zamanı istifadəsi əks göstərişdir.
Qeyd etmək vacibdir ki, gicitkanın yandırıcı növü də vardır ki, onun yarpaqları nisbətən kiçik olur, gövdədən çətin ayrılır. Bu növ gicitkanın gövdəsi və yarpaqları üzərində yandırıcı tükcüklər, onların tərkibində isə zəhərli maye olur. Onlara toxunan kimi tükcüklər sınır və dəriyə daxil olur, ağrı, yanğı, qaşınma verir. Dəridə çəhrayı-qırmızı köpüşüklü səpgilər meydana çıxır. Həmin tükcüklərin hüceyrələrinin şirəsində qarışqa turşusu, asetilxolin maddələri vardır ki, gicitkanın törətdiyi yanğı məhz bununla əlaqədardır.


Tarix: 10.12.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 208 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər