beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fındıq

Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır. Fındıq ləpəsi fosforla zəngin olduğu üçün uşaqlara, şagirdlərə, tələbələrə və zehini əməklə məşğul olanlara xeyirlidir. Bal yaxılmış ləpələri öskürəkdə məsləhətdir. Sidik daşı xəstəliyində fındıq müalicəvi vasitədir. Xalq təbabətində bal ilə fındıq revmatizmdə, qan azlığında və ümumi qüvvətləndirici kimi işlədilir. Sidik saxlamadıqda fındıq, bal və dazı otu həlimini birlikdə qəbul etmək faydalıdır. Fındıq yağı epilepsiyada (özündəngetmə xəstəliyinin bir növü) və qurd əleyhinə vasitə kimi işlədilir. Tükləri bərkitmək üçün başın dərisinə fındıq yağı sürtülür. Fındıq ağacından «Л-2лесовая» adlanan dərman alırlar ki, bundan da ekzemada və başqa dəri xəstəliklərində istifadə edilir. Yarpaqları may-iyun aylarında yığılır və kölgədə qurudulur. Xalq təbabətində mayda yığılan yarpaqları ilə qaraciyər xəstəliyi müalicə edilirdi. Yarpaqlrının çayı sidikqovucu təsirə malikdir (bir x.qaşığı yarpağı 1 stəkan çay kimi dəmləmək və gündə üç dəfə içmək). Bu çay bağırsaqlara yaxşı təsir göstərir.

Tramboflebeti (damarların qanlaxtalaması ilə qapanmasın-dan ibarət xəstəlik) müalicə etmək üçün ən qədim və yaddan çıxarılmış üsul fındıq yarpaqlarının həlimini içməkdir. Bunun üçün bir x.qaşığı qurudulmuş yarpaqları 200 ml qaynadılmış suda çay kimi dəmlənir. Bu çaydan gündə 4 dəfə ½ stəkan içmək. Bu çay venanın kiçik damarlarının genişlənməsinə kömək edir. Yarpaqlarının həlimi venanın genişlənən hissələrinə və babasilin düyünlərinə sürtmək üçün faydalıdır.

Bu həlim ilə üz yuduqda üzün dərisi təmizlənir və hamarlanır. Ürəyin işemiya xəstəliyində 1 x.qaşığı xırdalanmış fındıq budaqlarının qabığını və yarpaqlarını 1 stəkan qaynar su töküb 2 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq 2 x.qaşığı gündə 3-4 dəfə içmək.

Fındıq yedikdə o, orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Antiseptik (yaranı mikroblardan qoruyan), damarları daraldan, kapillyarları möhkəmlədən və iltihab əleyhinə vasitə kimi fındıq yarpaqları və budaqlarının qabıqlarının çayı daxilə qəbul edilir.

Çay: 1 x.qaşığı yarpaqlarından 1 stəkan qaynar suya töküb dəmləmək, süzmək və gündə 3 dəfə ½ stəkan içmək (təzyiqi aşağı olanlara da kömək edir).

Hər gün 100-120 qr fındıq ləpəsi yemək, aterosklerozda və onun nəticələrində faydalıdır.

Ayaqlarda venaların genişlənməsində fındığın budaqlarının quru qabığından 1 x.qaşığı xırdalamaq, 200 ml qaynar su töküb 5 dəqiqə qaynatmaq 6 saat dəmləmək. Yeməkdən 30 dəq qabaq ½ stəkan içmək.

Fındığın budaqlarının cövhəri damarları daraltma və iltihab əleyhinə təsirə malikdir. Venaların genişlənməsində, baldır yaralarında qəbul edilir.

Cövhər: 1 x.qaşığı fındıq budaqlarının qabıqlarına 1 stəkan qaynar su tökülür, dəmlənir, gün ərzində isti-isti içilir.

Adenomanı müalicə etmək üçün resept:

1) 1 kq meşə fındığının ləpəsinin üzərinə 2 litr su əlavə edib sakit odda 1 litr qalana qədər bişirmək. Durultmaq, süzmək və 300 qr bal əlavə etmək. Gündə 1 x.qaşığı 3-4 dəfə bir ay ərzində içmək. Bunu soyuducuda saxlamaq.

2) prostatit xəstəliyində 2 x.qaşığı fındıq yarpağına 500 ml qaynar su töküb 2 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 4 dəfə 100 ml qəbul etmək.

3) prostatit xəstəliyində 1 x.qaşığı fındıq ağacının budaqlarının qabığını 500 ml qaynar su töküb 10 dəq qaynatmaq, soyutmaq, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 4 dəfə 100 ml qəbul etmək.

Aterosklerozda və onun nəticəsi olan beyin iflicində müalicə qidası kimi fındıq ləpəsi məsləhət görülür. Gündə 100-150 qr fındıq yemək məsləhətdir.

Kardiosklerozda fındığın xırdalanmış yarpaqlarından və budaqlarının qabığından 1 x.qaşığı götürüb 2 stəkan qaynar suda 2 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq 2 x.qaşığı gündə 3-4 dəfə içmək.

İnfarkt və paralicin (iflicin) profilaktikasında 40 yaşdan sonra gündə 5 ədəd fındıq ləpəsi yemək məsləhətdir.

Hipertoniyadan əziyyət çəkənlərə fındığın yarpaqlarının və ya budaqlarının qabığının çayı məsləhət görülür:

1 x.qaşığı qurudulmuş və xırdalanmış fındıq yarpaqlarının və ya budaqlarının üstünə 1 stəkan qaynar su töküb 1 saat isti yerdə dəmdə saxlamaq. 2 x.qaşığı gündə 3-4 dəfə bu çaydan içmək. Bu çay adenomada da yaxşı dərman sayılır.

Fındığın qurudulmuş yarpaqlarının həlimi prostatın iltihabında, babasildə, qaraciyərin və böyrəklərin iltihabında bağırsaqlar zəif işləyəndə və iştaha olmadıqda kömək edir:

2 x.qaşığı qurudulmuş yarpağı 0,5 litr qaynar suda bir gecə dəmləmək. Gündə 3 dəfə yeməkdən 10-15 dəq qabaq içmək.

Yetişmiş 4-5 fındıq ləpəsini yemək vaxtı yedikdə aşağıdakı xəstəliklərdə faydalıdır: bal ilə qan azlığında, hipertoniyada, aterosklerozda, böyrək daşı və öd daşı.

Şəkərli diabetdə: Bir stəkan təzə sağılmış südü (bişmiş də ola bilər). 1 x.qaşığı əzilmiş fındıq ləpəsi ilə qəbul etmək.

Şəkərsiz diabetdə: 10 ədəd fındıq ləpəsini əzib 1 ç.qaşığı bal və 1 ç.qaşığı alma sirkəsi ilə yemək.

Sidik yollarını təmizləmək üçün tam formalaşmamış yarpaqları qurutmaq. 2 x.qaşığı axşamdan dəmləmək, ¾ stəkan gündə 3 dəfə yeməkdən qabaq 40-gün içmək.

Qovrulmuş fındığa bir az istiot əlavə edib 1-2 qaşıq zökəm xəstəliyində yemək məsləhətdir.

Fındığın çiçəkləri sırğa şəklində olur. Fındığın təzə yığılmış sırğalarından 0,5 stəkan 0,5 litr suda 3-5 dəq. bişirmək. 10-15 dəq. dəmləmək. Yeməkdən 30 dəq. qabaq bərabər porsiyada qəbul etmək. Müalicə müddəti 15-20 gündür. Bu çay damarları, xüsusilə, venaları möhkəmlədir, qanı duruldur, qepatitdə, sistitdə, pielonefritdə və soyuqdəymədə kömək edir. Fındıq yarpaqları daha geniş tətbiq edilir. Yarpaqların çiçəkləmə dövründə toplanması məsləhətdir. Yığılmış yarpaqlar bir gün saxlandıqdan sonra qayçı ilə 1-2 sm enində doğranır, qurudulur və karton qutularda saxlanır. Dəmləmək üçün 1-2 x.qaşığı 0,5 litr suya tökülür qaynama dərəcəsinə çatdırıb 3 dəq. bişirmək. Bir saat dəmləmək, süzmək. Yeməkdən qabaq gündə 3-4 dəfə 1 x.qaşığı bal əlavə edərək içmək. Bu çayı tromboflebitdə (3-4 həftə), yuxusuzluqda (1 x.qaşığı 200 ml. suda dəmləyib gecə içmək), xroniki prostatitdə (kurs 1,5 ay), sarılıqda (2 x.qaşığı 600 ml. suda) 10-15 gün içmək faydalıdır.

Cərrahiyyə əməliyyatından sonra, qan itirəndə, ağır xəstəliklərdən sonra sağalma dövründə, yüksək temperaturda, qanlı öskürəkdə, qan azlığında, sidik daşı xəstəliyində faydalıdır: bərabər miqdar götürülmüş fındıq ləpəsi, bal və süd. Fındığı əvvəlcə əzmək bərabər miqdar bal və südlə qatıb gündə 3 dəfə 2-3 x.qaşığı 15 gün qəbul etmək.

Fındıq yağı epilepsiyada məsləhət görülür: ildə iki dəfə 2-3 ay ərzində 2 ç. qaşığı 3 dəfə içmək.

Fındıq yağı qaraciyərə faydalıdır, belə ki, qanda xolestrinin miqdarını aşağı salır: 1 x.qaşığı fındıq yağını gündə 2 dəfə 4 ay qəbul etmək lazımdır.

Fındığın ləpəsindən təmizlənmiş qabıqlarının həlimi Bolqar xalq təbabətinə görə ekzemada kömək edir. Bunun üçün 30 qr. qabığı 500 ml suda, 250 ml. qalana qədər bişirmək, 3 x.qaşığı yeməkdən qabaq içmək və xəstə yerlərə sürtmək. Müalicə müddəti 10-15 gündür.


Tarix: 22.08.2012 / 02:28 Müəllif: [Ram] Baxılıb: 1713 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər