beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nar

Nar ən qədim dərmandır. Onun təbabətdə qiymətliliyini Hipokrat qəbul edirdi. Yunanıstan və Roma həkimləri mədə ağrılarında nar şirəsi, dizinteriya və yara sağaltmaq üçün meyvələrini, qabığını, qurd əleyhinə vasitə kimi ağacının qabığını təyin edirdilər.

Narın şirəsi iştahanı artırır, mədə – bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, mədə-bağırsağı bərkitmə və ağrıkəsici təsirə malikdir. Müxtəlif ölkələrin xalq təbabətində mədə xəstəliklərini, aterosklerozu, bronxial astmanı, sinqanı, anginanı, yoğun bağırsağın iltihabını, titrətmə – qızdırmanı, malyariyanı müalicə etmək üçün nar şirəsi işlədilirdi.

Narın qabığının qaynanmış suda dəmlənməsi mədə pozğunluğunda qədimdən istifadə edilir. Bu məqsədlə 1 xörək qaşığı xırdalanmış qabığı bir stəkan qaynanmış suda rəngi çıxana qədər dəmləmək və alınan dərmanı süzüb bir dəfəyə içmək.

Parazitləri insan bədənindən qovmaq üçün bir ədəd narın qabığını 150 ml suda bişirmək, süzmək. Bu həcmi 3 dəfəyə 1,5 saat ərzində qaynanmış su ilə içmək. 3-4 saatdan sonra 1 x.qaşığı gənəgərcək (kostorka) yağı içmək. Bütün prosedura dövründə heç nə yemək olmaz.

Səs xırıltılı və boğuq olduqda bütöv narı yumşalana qədər bişirmək, sonra qabığını kəsib içərisindəkini qaba töküb bir az bal qatıb alınan qatışığı çay qaşığı ilə boğazda (udlaqda) bir qədər çox saxlamaqla içmək.

Sınıqda nar köklərindən 2 çay qaşığı xırdalamaq 1 st. qaynar su töküb 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 2-3 dəfə hər dəfə 50 ml qəbul etmək.

Qurdları qovmaq üçün: narın köklərinin və çubuqlarının qabığından 50 qr götürüb 0,5 litr su töküb 15 dəq. bişirmək, süzmək. Bir qədər əhəng suyu əlavə etmək. Gündə 2-3 dəfə içmək. Bu soliter qurdlarını salır (qovur).

Gülöyşə narı yemək və ya gündə bir stəkan şirəsini içmək qanazlığında xeyirlidir.

Ürək ağrısında və qan təzyiqində nar şirəsini şəkərlə qarışdırıb 10-15 gün 200 qram içmək məsləhətdir.


Tarix: 22.08.2012 / 02:23 Müəllif: [Ram] Baxılıb: 796 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər