beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeytun

Zeytun yağı xalq təbabətində işlədici, mədə sancmasında ağrıkəsən və zəhərlənmədə zəhər əleyhinə (bir qədər isti südlə və isti su ilə qataraq növbə ilə içmək) vasitə kimi istifadə edilir. Bədənin xaricinə əzilmədə, arı və cır arı sancmasında sürtülür. Bəzi ölkələrdə yarpqlarının ekstraktı ilə hipertoniya xəstəliyi müalicə edilir. Zeytun yağının ən yaxşı növləri daxilə qəbul edilən dərmanlarda işlədilir. Emulsiya şəklində öd daşı xəstəliyində yumuşaldıcı və işlədici kimi tətbiq edilir.

Yüksək qan təzyiqində və aterosklerozda zeytun yarpaqlarının arağı içilir. 20%-li arağından 40 damcı gündə 3 dəfə qəbul edilir. Səmərə, müalicəyə başlayandan1 həftə sonra hiss olunur.

Qulaqlar ağır eşidəndə!

1:3 nisbətində sarımsaq və zeytun yağı kömək edir. 1 hissə sarımsağın suyu və 3 hissə zeytun yağından ibarət qarışıqdan hər qulağa 1-2 damcı damızdırmaq. Bunu 15-20 gün etmək, sonra 1 həftə fasilə edib kursu davam etdirmək.


Tarix: 22.08.2012 / 02:15 Müəllif: [Ram] Baxılıb: 645 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər