beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülxətmi

Gülxətminin köklərinin sulu dəmləməsindən, adi dərəcədə 30 dəqiqə dəmləməklə, quru öskürəkdə, göy öskürəkdə, bronxial astmada, eləcə də mədə-bağırsaq xəstəliklərində, sidik kisəsinin iltihabında istifadə edilir, habelə bəlğəm gətirici dərman kimi işlədilir.

İstifadəsi: Qurudulmuş və xırdalanmış gülxətmi kökündən 4 çay qaşığı götürüb 2 stəkan qaynadılmış soyuq suda 30-40 dəqiqə dəmləyir, sonra tənzifdən süzürlər. Alınmış dəmləmədən gündə 3-4 dəfə yarım stəkan içilir. Uşaqlara gəldikdə çay qaşığı ilə verilir. Öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, qış fəslində bir az soyuqlayan, öskürən kimi gülxətmi dəmləməsi əvəz olunmaz dəmləmədir. Bronxial astmalara ara bir aşağıda adlarını qeyd etdiyim qarışıqların dəmlənib içilməsini tövsiyə edərdim:

Gülxətmi çiçəyi və kökü

Andız

Bənövşə çiçəyi

Dəvə dabanı (ögey ana da deyilir)

Cökə çiçəyi

Bunların hərəsindən 10 qr götürüb soyuq su ilə yaxşı yuyub, sonra 30-40 dəqiqə vam odda dəmləyib gündə 4-5 dəfə içmək olar. Dəmləməyə öz zövqünüzə uyğun olaraq 1 çay qaşığı xalis bal əlavə etsəniz işin xeyrinə olar.


Tarix: 07.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər