beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi ağaclar

Danışacağımız bitkilər sekvoya,xəzər lələyi,xəzər zəfəranı,dəmirağac,şərq çinarı və digər bitkilərdir.


SEKVOYA

Dünyanın ən hündür,yoğun ağacı sekvoya ağacıdır.Bu bitkinin digər adı mamont ağacıdır.Çılpaqtoxumlular şöbəsinə mənsub olan bu bitkinin diametri 20m-ə,hündürlüyü 100m-ə çatır.Bu bitki həm də uzunömürlüdür,6 min ilə qədər yaşayır.Sekvoya Şimali Amerikada subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi olan ərazilərdə, yəni həmişəyaşıl codyarpaqlı meşələrdə ,əsasən,Kaliforniya sahillərində bitir.
XƏZƏR LƏLƏYİ

Bu bitki "Qırmızı kitab"-a düşən bitkilər arasındadır.Paxlalılar fəsiləsinə mənsub bitkidir.Rüşeymində 2 ləpə var:ikiləpəlidir.Mil kök sisteminə malikdir.Çiçəkləri ikiqat yanlıqlıdır.

XƏZƏR ZƏFƏRANI

Bu bitki də "Qırmızı kitab"-a düşən bitkilər arasındadır.Adından göründüyü kimi,Xəzər sahillərində bitir.Zəfəran cinsinin bir növüdür.Süsənkimilər fəsiləsinə mənsub bitkidir.Rüşeymində bir ləpə var:birləpəlidir.Ehtiyat qida maddələri endospermdə toplanır.Saçaqlı kök sisteminə malikdir. Ot bitkisidir.Çiçəkləri sadə yanlıqlıdır.

DƏMİRAĞAC
"Qırmızı kitab"-a düşmüşdür.Üçüncü dövrün mühüm relikt bitkilərindən biri olan dəmirağac Talış dağlarında yayılmışdır.Böyük Qafqazın cənub yamacında,yəni Qəbələ rayonunda da onun yayıldığı sahələr aşkar edilmişdir. Oduncağı möhkəm olan bu ağac subtropik iqlim şəraitində alçaqdağlıqla düzənliyin qovuşduğu sahələrdə yayılmışdır.Hirkan dövlət qoruğunda bu nadir ağac qorunur.


ŞƏRQ ÇİNARI

Bu bitki də "Qırmızı kitab"-a düşmüşdür.Azərbaycan ərazisində Şərq çinarı təbii halda yalnız Zəngilan rayonunun Bəsitçay dərəsində saxlanılır.Yaşı bir neçə əsrə bərabər olan,geniş çətirli Şərq çinarları yayılan ərazi dövlət qoruğuna çevrilmişdir.

DİGƏR BİTKİLƏR

Bilirik ki,Şabalıdyarpaq palıd,Araz palıdı,Qaraçöhrə,Eldar şamı "Qırmızı kitab"-a düşən bitkilər arasındadır. Şabalıdyarpaq palıd,əsasən Talış dağlarında və dağətəyi düzənliklərdə inkişaf etmişdir.Araz palıdı isə quraqlıqsevən bitki olduğundan,Kiçik Qafqazın cənub-şərq qurtaracağında ,xüsusilə Zəngilan və Qubadlı rayonları ərazisində yayılmışdır.Qaraçöhrə 3-cü dövrün relikt bitkisi kimi meşələrimizin nadir incisidir.Bu ağac Böyük Qafqazın cənub, cənub-şərq hissələrində yayılmışdır,yəni Qəbələ rayonu,Zaqatala qoruğu,Pirqulu-Şamaxı rayonunda yayılmışdır.Gec böyüyən,lakin uzunömürlü qaraçöhrə geniş sahə tutmur.Eldar şamının təbii vətəni Ceyrançöldə Eldar oyuğu tirəsidir.Bu ağacdan parkların,yol kənarlarının yaşıllaşdırılmasında geniş istifadə edilir.


Tarix: 10.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər