beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma-Malus Domestica

Alma qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir.Azərbaycanda almanın 300-ə qədər müxtəlif növü və çeşidi vardır.Bunlardan 60-ı sənaye üçün əhəmiyyətlidir.Almanı digər şirəli meyvələrdən fərqli olaraq bütün il boyu saxlamaq olar.Almanın yetişmə fəsli aşagıdakı kimidir:
yay (iyul,avqust)

payız (sentyabr,oktyabr)
qış (noyabrdan fevrala qədər)

Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər.Almanın növündən və sortundan asılı olaraq rəngi,dadı və ətri müxtəlif olur.

alma

Almanın tərkibində 5-24%-ə qədər şəkər,1,3% üzvi turşular (alma,limon,kəhrəba),pektin bə aşı maddələri,C və B vitaminləri karotin mineral maddələrdən isə kalium,natrium və dəmir duzları vardır.Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir.Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki,onlar da ürək-damar sistemi üçün çox faydalıdır.
Almadan təbii halda istifadə etməklə yanaşı,bir sıra qiymətli konservləşdirilmiş məhsullar-kompot,mürəbbə,povidlo,şirə,püre və s. hazırlanır.Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır.Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə,qanazlığına,xroniki mədə-bağırsaq xəstəliklərinə,eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur



Yeməyə və ya şorbaya yanlışlıqla çox duz qatdıqda qazana bir neçə alma (yaxud kartof) dilimi salmaq tövsiyə olunur. Alma dilimləri 10 dəqiqəyə qədər bişdikdən sonra onları qazandan çıxarmaq lazımdır. Alma dilimləri yeməyin artıq duzunu özünə çəkəcəkdir.
Toyuğun yaxşı qızarması və quru olmaması üçün almadan istifadə etmək tövsiyə edilir. Əgər qızartdığınız toyuq sobadan dolayı quru qalırsa, o zaman toyuğunuzu sobaya yerləşdirmədən əvvəl içərisinə alma qoyun. Toyuq bişdikdən sonra isə almanı çıxarın. Ləzzətli və yaxşı qızarmış toyuq süfrəyə hazırdır.
Piroqları təzə saxlayır. Evdə bişən və ya mağazadan alınan piroqların istifadə müdətini uzatmaq üçün almadan istifadə etmək mümkündür. Bunun üçün piroqların saxlandığı qaba yarım alma qoymaq lazımdır. Bu, piroqunuzun müddət saxlamağa imkan verəcəkdir.

Almanın tərkibində çoxlu miqdarda antioksid və vitaminlər olduğundan o, insan ömrünü 10% artıtır.
Almanın sayəsində ürək-damar sistemindəki xəstəliyi 22% aşağı salmaq olur. Professor Çjen Yu Çenin rəhbərliyi ilə bir qrup alim Dorzofila milçəyi (bəzi mənbələrdə ona meyvə milçəyi də deyirlər - red) üzəridə eksperiment aparmışlar. Əldə edilmiş nəticə onu göstərmişdir ki, alma nəinki ömrü artırır, o həm də hərəkət aktivliyinə də səbəb olur.

Alma yein,qocalmayın.
Britaniyalı alimlərin təsdiqinə görə, müntəzəm alma istehlakı qocalma prosesini 20% azalda bilər. Tədqiqat zamanı almalarda ürəyi cavanlaşdıran, qanın sirkulasiyasını yaxşılaşdıran və immuniteti yüksəldən mürəkkəb element aşkarlanıb. Bu elementin adı “epikatexin polifenol” – dır. O, ürək damar sisteminə müsbət təsir etmə və qan damar sisteminin elastikliyini təmin etməyə qadirdir.
Tədqiqat zamanı ekspertlər müəyyən ediblər ki, könüllülər arasında daha çox alma şirəsi qəbul edənlərin ürək-damar sistemləri və ümumilikdə orqanizmləri minimum 17 il cavanlaşıb.
Alimlərin dəqiqləşdirmələrinə görə, "epikatexin polifenol"un ən çox konsentrasiyası cır almalarda rast gəlinir. Müntəzəm alma istehlakı, həmçinin dərinin sallanmasının, piment ləkələrin və qırışlırın əmələ gəlməsinin qarşısını alır.


Alma insan ömrünü 17 il uzada bilər
Müntəzəm olaraq alma yemək insan ömrünü uzatmağa, eləcə də orqanizmin cavanlaşmasına səbəb olur. Bu nəticələrlə Noriç şəhərindəki Qida Tədqiqatı İnstitutundan olan britaniyalı alimlər çıxış etmişlər. Onlar almalarda mürəkkəb maddə aşkar etmişlər ki, bu maddə ürəyi cavanlaşdırır, qan dövranını yaxşılaşdırır və immun sisteminin müdafiə səviyyəsini artırır. Epitakexin-polifenol adlı bu maddə ürək-damar sisteminə müsbət təsir etmək kimi unikal qabiliyyətə, eyni zamanda qan damarlarının elastikliyini qoruyub saxlamağa malikdir. Tədqiqatların gedişində britaniyalı alimlər müəyyən etmişlər ki, bu maddə qan damarları divarlarının bərkiməsi prosesini 21 faiz aşağı salır ki, bu da ürək xəstəlikləri riski, infarkt və ya insultun əmələ gəlməsinin başlıca səbəblərindən biridir.
Bundan başqa, kifayət qədər çoxlu miqdarda alma şirəsindən istifadə edən könüllülərlə keçirilən təcrübələrin nəticələrinə görə, mütəxəssislər müəyyən etmişlər ki, onların ürək-damar sistemi və bütövlükdə orqanizmləri, ən azı, 17 il cavanlaşmışdır. Epikatexin-polifenolun daha çox konsentrasiyasına yabanı almalarda rast gəlinir.


Tarix: 10.12.2014 / 16:47 Müəllif: Aziza Baxılıb: 205 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər