beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymurilərin Azərbaycana yürüşləri

1370-1507-ci illərdə mövcud olmuş Teymurilər dövləti Azərbaycana 1386-ci ildən başlayaraq yürüș etmişdir.Ancaq Sultan Şahruxdan başlayaraq bu yürüşlər artıq Azərbaycanı işğal etmək üçün deyil , yerli hakimlərə Teymurilər dövlətinin gücünü göstərmək üçün idi. 1469-cu ildə Uzun Həsən Teymuri Əbu Səidi məğlubiyyətə uğratdı ,və 1507-ci ildə Șeybanilər dövləti Teymurilər dövlətinin varlığına son qoydu .
Əmir Teymurun Azərbaycana yürüşləri
Əmir Teymurun 1-ci yürüşü
1386-cı ildə baș vermişdir .
Tərəfdarları :I İbrahim .
I İbrahimin Əmir Teymurla müttəfiq olmaqda məqsədi Şirvanı talan edilməkdən xilas etmək və Qızıl Ordu dövlətinə qarşı mübarizə aparmaq idi.
Əleyhdarları :Cəlairilər(Əlincə),Qara Məhəmməd,Seyid Əli Orlat,hürufilər.
Nəticə : Əlincə istisna olmaqla Azərbaycan torpaqları ələ keçirildi .
Əmir Teymurun 2-ci yürüşü
1387-1392-cı illərdə baș vermişdir .
Tərəfdarları :I İbrahim.
Əleyhdarları :Cəlairilər(Əlincə),Qara Yusif,Seyid Əli Orlat,hürufilər.
Nəticə : Əlincə istisna olmaqla Azərbaycan torpaqları ələ keçirildi .
Əmir Teymurun 3-ci yürüşü
1399-1400-cı illərdə baș vermişdir .
Tərəfdarları :I İbrahim,Seyid Əhməd.
I İbrahimin köməkliyi ilə Seyid Əhməd Əmir Teymurla münasibətlərini düzəldə bilmişdir.
Əleyhdarları :Cəlairilər(Əlincə),Qara Yusif,hürufilər.
Nəticə : Əlincə ələ keçirildi .
I İbrahimın teymuriləri məğlub etməsi
Əmir Teymurun ölümündən sonra I İbrahim Kürü keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini tutdu .Bir çox hakimlər(Şəki hakimi Seyid Əhməd,Gürcüstan hakimi,Qaramanlı Yar Əhməd,əmir Bəstam Cəyir,Ərdəbil hakimi) ona qoşuldu .Bundan qəzəblənən Teymuri Mirzə Ömər Arazı keçerək Babı kəndində düşərgə saldı .1405-ci ilin yayında Mirzə Ömər məğlub edildi .Təbrizdə teymurilərə üsyan qaldıran əhali I İbrahimi bura dəvət etdi .

Qara Yusifin teymuriləri məğlub etməsi
Qara Yusif 1406-cı ildə Şənbi-Qazan və1408-ci il Sərdrud döyüşlərində teymuriləri məğlub etdi .

Sultan Şahruxun Azərbaycana yürüşü
Sultan Şahruxun 1420-1421-ci illər yürüşü
Tərəfdarları : I Xəlilullah,Qarabağ hakimi Yar Əhməd
Əleyhdarları :Qaraqoyunlular
Nəticə : Təbrizi tərk etdikdən sonra Qaraqoyunlu taxtına Qara İskender sahib oldu .
Sultan Şahruxun 1428-1429-ci illər yürüşü
Tərəfdarları : I Xəlilullah
Əleyhdarları :Qaraqoyunlular
Nəticə :Sultan Şahrux qaraqoyunlu taxtına Qaraqoyunlu Əbu Səidi çıxartdı .
Sultan Şahruxun 1435-ci il yürüşü
Tərəfdarları : I Xəlilullah
Əleyhdarları :Qaraqoyunlular
Nəticə :Sultan Şahrux qaraqoyunlu taxtına Cahanşahı çıxartdı .
Cahanşahın teymuriləri məğlub etməsi
Teymuri Əbu Səidin Azərbaycana yürüşü
1468-1469-cı illərdə baș vermişdir .
Əleyhdarları :Uzun Həsən ,Şeyx Heydər,I Fərrux Yasar
I Fərrux Yasar Şirvanşahlar dövlətinin Teymurilər ilə dostluq əlaqələrinə baxmayaraq siyasi vəziyyətin dəyişdiyini görərək Uzun Həsənə yardım etdi .
Nəticə : Teymurilər məğlub edildi .


Tarix: 12.02.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Ümumi