beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vasak İşxanik

Vasak İşxanik - Sünik knyazı. 850 – ci illərdə erməni knyazlarla birgə ərəb sərkərdəsi Buğa tərəfindən əsir alınmışdı. Əsirlikdə olduğu dövrdə taxtda onu Sünik sülaləsindən olan Geqarqunik knyazı Vasak Qabur əvəz etmişdir. Əsirlikdən qayıtdıqdan sonra yenidən Sünik taxtına sahib olan Vasak Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdir. Xristian birliyini parçalamağa çalışan Ərəb Xilafəti Qafqazın xristian vilayət hakimlərinin müstəqillik cəhdlərini dəstəkləsə də Vasak “varisləri tərəfindən üsyançı kimi tanınmaq istəmədi” və “Ani çarlığına bağlılığını qorudu". Ölümündən sonra taxtda qardaşı Aşot Süni onu əvəz etmişdi.. Hovannes Drasxanakerçi yazır:

“...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.”


Tarix: 09.02.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Ümumi