beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci hökumət kabinəsi

Birinci hökumət kabinəsi (28 may 1918-ci il) — Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hökuməti. Azərbaycan Milli Şurası 1918 il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini elan etdikdən sonra Azərbaycan Cümhuriyyətinin ilk müvəqqəti Hökumətinin təşkilini Şuranın üzvü Fətəli xan Xoyskiyə tapşırdı. Xoyski Milli Şuranın həmin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti Hökumət kabinəsinin üzvlərini elan etdi. 1-ci Hökumət kabinəsində Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini, Xosrov bəy Sultanov hərbi nazir, Məmməd Həsən Hacınski xarici işlər naziri, Nəsib bəy Yusifbəyli xalq maarifi və maliyyə naziri, Xəlil bəy Xasməmmədov ədliyyə naziri, Məmməd Yusif Cəfərov ticarət və sənaye naziri, Əkbər ağa Şeyxülislamov əkinçilik və əmək naziri, Xudadat bəy Məlik-Aslanov yollar və poçt-teleqraf naziri, Camo bəy Hacınski dövlət nəzarəti naziri vəzifələrini tutdular.


Tarix: 12.02.2015 / 14:35 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Ümumi