beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vassal asılılığının qəbulu

Azad edildikdən sonra Şirvanşah I İbrahim Qaraqoyunlu xanədanından vassal asılılığını qəbul etdi və ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə etmək hüququnu təstiq edən fərman aldı. Şirvanşah İbrahim və digər Şirvan əsirləri h. 816 (1413)-ci ilin baharında vətənə qayıtdılar. Qara Yusif Ucana getdi və onun qoşunları Şirvanı tərk etdi. Şirvanşah İbrahim əvvəlki kimi, otuz beş il ərzində hakimiyyət sürdüyü böyük bir dövlətin hökmdarı idi. Şeyx İbrahim Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək h.820 (1417)-ci ildə ölmüşdür. Cənnabi, Qaramani və başqa müəlliflər İbrahimin ölüm tarixini h.821-ci il göstərsələr də, Hacı Xəlifənin "Cahannamə" əsərində onun varisinin h.820-ci ildə taxta çıxdığı qəti surətdə göstərilir.


Tarix: 22.01.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Ümumi