beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı vilayəti

Bakı vilayəti — Azərbaycan SSR-də inzibati-ərazi vahidi, 1952—1953-cü illər arasında mövcud olmuşdur.

İnzibati mərkəzi Bakı şəhəri idi.

Bakı vilayəti 3 aprel 1952-ci il tarixdə, Gəncə vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. O, Azərbaycan SSR ərazisinin bütün şərq və cənub hissəsini əhatə edirdi və 32 rayona — Əli Bayramlı, Astara, Astarxanbazar‎, Ağsu, Cəbrayıl, Dəvəçi, Jdanov, Zəngilan, İmişli, İsmayıllı, Qazıməmməd, Qaryagin, Qonaqkənd, Qubadlı, Qusar, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Mərəzə, Masallı, Puşkin, Saatlı, Sabirabad, Xaçmaz, Xızı, Xıllı, Xudat, Şamaxı və Yardımlı rayonlarına bölünürdü.

Vilayətin İcraiyyə Komitəsinin sədri Həsən Seyidov, K(b)P Komitəsinin sədri Mirteymur Yaqubov idi.

Bakı vilayəti yaradıldıqdan cəmi 1 il sonra ləğv edilmişdir


Tarix: 07.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Ümumi