beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tolerantlıq Kuboku 2014

Tolerantlıq Kuboku 2014 və ya rəsmi adı: Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turniri — dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turnirinin ikinci mövsümü.

Turnir 25 aprel - 7 may 2014-cü il tarixləri arasında Bakı şəhərində keçirilmişdir. Turnirin qalibi Sumqayıt şəhəri "Cümə" məscidi dini icmasının futbol komandası olmuşdur.
Turnirin məqsədi
Müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi;
Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə verilməsi;
Dini qurumların nümayəndələri arasında əlaqələrin genişləndirilməsi;
Dini qurumların nümayəndələrinin Azərbaycanın mənəvi dəyərlərinin qorunmasına daha da yaxından cəlb edilməsindən ibarətdir.


Tarix: 12.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Ümumi