beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kür döyüşünün Nəticəsi

Döyüş zamanı Şirvanşah I İbrahim atla xəndəyin üstündən sıçrayıb keçməyə cəhd göstərdi, lakin yaşlı olduğu üçün (onun yaşı 60-a yaxın idi) duruş gətirə bilməyərək yıxıldı və qolunu sındırdı. Qaraqoyunlu döyüşçüsü onun paltarını çıxarıb atını əlindən alaraq öldürmək istəyirdi. Buna görə də İbrahim özünü nişan verməli oldu. Onda döyüşçü onun boynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi. Gürcü hökmdarı I Konstantin, Şeyx İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilüllah, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları - qazı Bəyazid (Əbu Yəzid), əmir Huşəng və oğulları, qazı Mövlana Zahirəddin, habelə, təbib, münəccim, "carçı" və digər əyanlar da əsir alınmışdılar. Onların hamısı qandallarda Qara Yusifin hüzuruna gətirildilər.

Qara Yusif sıravi Şirvan döyüşçülərini pulsuz buraxdırdı, gürcü əsirlərin isə edam olunmasını əmr etdi. Üç yüz gürcü aznauru eləcə də gürcü hökmdarının qardaşı qılıncdan keçirildi. Özünü məğrur aparan hökmdar I Konstantini isə Qara Yusif və oğlu Pirbudaq öz əlləri ilə öldürdülər. İbrahimi, onun oğullarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə göndərib zindana saldılar. Qara Yusif Şamaxını, Şirvanın digər yerlərini və kəndlərini tarmar edib Təbrizə yollandı. O, ölkədən bir milyon mal-qara qovub apardı.


Tarix: 22.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Ümumi