beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərk qalası

Tarixi
İranda "Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilmişdir. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır.

Abidə Həmin dövrdə Təbrizin paytaxt olduğu dövlətin qoşunları Misirdə məmlüklərlə, Anadoluda səlcuqlar və Bizansla müharibələr aparıb.

Ərk qalası bu gün
Abidə bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid "Ərk"i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala - Təbrizin simvolu görünür.


Tarix: 12.02.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 204 Bölmə: Ümumi