beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağdad xatun

Həyatı
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı.

Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla evləndi və elxanlı sarayında baş qadınlığa yüksələrək Xüdavəndigar ləqəbini aldı. Qısa zamanda Əbu Səid nəzdində böyük etibar qazandı.

Ancaq Bağ¬dad xatun və ailəsinin rəqibləri əleyhinə fəaliyətlərini sürdürərək 1331-ci ildə əski əri Əmir Şeyx Həsənlə gizlicə xəbərləşdiyi iftirasına rast gəldilər. Bu üzdən Əbu Səid Bağdat xatuna qarşı əski sevgisini və güvənini tirdi. Ancaq daha sonra suçsuz olduğu anlaşıldı və tutuqlanması əmr edilən Şeyx Həsən anasının də araya girməsiylə bağışlanaraq Kəmax qalasına şihnə təyin edildi.

Əbu Səid xan Bağdat xatündan sonra 1333-cü ildə onun qardaşı qızı Dilşad xatunla evləndi. Bunu həzm edə bilməyən Bağdad xatun, ərinə qarşı kin duymağa başladı. Bu səbəblə Özbək xana qarşı hərəkətə keçən xanın ani ölümü (30 noyabr 1351, onun tərəfindən zəhərləndiyi rəvayətinə yol açdı. İbn Battutə da bu rəvayəti doğrulayır.


Abbasqulu ağa Bakıxanov onun haqqında yazır: " Zəfərnamənin müqəddəməsində deyilir: (Əbu Səidin) arvadi Bagdad xatun, Əmir Çobanin qizi və keçmişdə Şeyx Həsən Elxaninin arvadi idi. Sultan ona aşiq olub, zor ilə təlaq verdirərək almişdi, atasini ve qardaşini da oldurmuşdü. Bağdad xatun, Ozbəyin təhrik ve təsşiqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu oglu nəslindən olan Arpa xan səltənətə keçdi. Özbəyi məğlub edərək Şirvan və Dərbənddən çıxardı. Bu zaman Musa ibni-Əli ibni-Baydu xan usyan edib, Arpa xani oldurdu. Hulaku xan nəslindən Məhəmməd də buna qarşı usyan etdi. Daha sonra, bu sulalədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə və ölkənin xaraba qalmasina səbəb oldular. Bunlarin Azərbaycan və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi".

Bağdad xatun 1335-ci ildə öldürüldü. Onu suçladılar ki, Sultan Əbu Səid Bahadur xana zəhər verib.

Əbu Səid xandan sonra elxanlı taxtına keçən Arpa xan, Əbu Səidin ölümündən Bağdad xatünu sorumlu tutdu. Sonunda Bağdad xatun Xacə Lülü adında biri vasitəsiylə hamamda başına toppuz vurulmaq surətiylə öldürüldü. Cəsədi adi bir örtü altında günlərcə ortada qaldı.

Bağdad xatunun köhnə əri Əmir Həsən noyon-i Bözörg İraq-i Ərəbi ələ keçirdiyində Əbu Səid xanın son arvadı Dilşad xatunla evlənərək daha öncə ona edilən haqsızlığın intiqamını aldı (1336).


Tarix: 09.02.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 253 Bölmə: Ümumi