beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Musəddiq

Həyatı
Məhəmməd Musaddıq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur.

Məhəmməd Musəddiq fevral 1922-ci ildə Azərbaycan valisi oldu. 1923-cü ilədək bu vəzifədə çalışmışdı.

Məhəmməd Musaddıq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım.

1949-cu ildə Məhəmməd Müsəddiq Milli Cəbhə adlanan siyasi təşkilat yaradır. 1951-ci ildə Milli məclisdə neft sənayəsinin milliləşdirilməsi qərarının qəbulunda iştirak edir. Həmin il İranın baş naziri vəzifəsinə təyin olunur və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. Bu zəmində onun İngiltərə-İran neft şirkəti ilə qarşıdurması baş verir. Böyük Britaniya ilə ABŞ-ın maraqlarının ziddiyətindən istifadə etməyə çalışan Müsəddiqin siyasəti özünü doğrultmur. İngilis və ABŞ xüsusi xidmətlərinin səyi ilə hakimiyyətdən 1953-ci ildə uzaqlaşdırılır və bir daha siyasətə qayıtmır. Bundan sonra İran xaricilərlə bağladığı bütün sazişləri təsdiq edir.


Tarix: 29.01.2015 / 19:25 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Ümumi