Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tolerantlıq Kuboku 2013

Tolerantlıq Kuboku 2013 və ya rəsmi adı: Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turniri — dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turnirinin birinci mövsümü.

21 aprel - 5 may 2013-cü il tarixləri arasında Bakı şəhərində keçirilmişdir. Turnirin qalibi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icmasının futbol komandası olmuşdur.Turnirin məqsədi
Turnirin əsas məqsədi,

müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi;
Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə verilməsi;
dini qurumların nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında birləşdirilməsi;
dini qurumların nümayəndələrinin Azərbaycanın mənəvi dəyərlərinin qorunmasına daha da yaxından cəlb edilməsindən ibarətdir.


Tarix: 12.02.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: Ümumi
loading...