beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ atlı alayının quruluşu 1831

1831-ci ildə:

1-ci yüzlük
Sultan: Rüstəm bəy Rüstəmbəyov
Naib: Ağa bəy Rüstəmbəyov
Vəkillər: İskəndər bəy Qasım bəy oğlu, Əhməd bəy Şirin bəy oğlu
Kolanı mahalından-30 nəfər, Dizaq mahalından-50 nəfər, Sərgər-Dilağarda camaatından-20 nəfər.
2-ci yüzlük
Sultan: Əli ağa Adıgözəlov
Naib: Salah bəy Məhəmmədqulu bəy oğlu
Vəkillər: Mehdi ağa Məhəmməd ağa oğlu, Mərdan bəy Behbud bəy oğlu
İyirmidörd mahalından -50 nəfər, Otuziki mahalından-50 nəfər.
3-cü yüzlük
Sultan: Cəfər bəy
Naib: Hüseyn bəy Sarıcalı
Vəkillər: Məmmədsəlim bəy Əlimərdan bəy oğlu, Hümbətəli bəy
Zəngəzur mahalından 100 nəfər.
4-cü yüzlük
Sultan:Əli bəy Mirzəli bəy oğlu
Naib: praporşik Camalxan bəy Hüseynbəyov
Vəkillər: Mehdi bəy Kəbirlinski, Abdulla bəy
Kəbirli mahalından-30 nəfər, Cavanşir-Dizaq mahalından -30 nəfər, Dəmirçihəsənli mahalından -40 nəfər.
5-ci yüzlük
Sultan: praporşik Mikayıl bəy Əsribəyov
Naib: Rüstəm bəy Şahnəzərov
Vəkillər: İsay bəy, carçı Bala bəy
Xaçın mahalından-20 nəfər, Vərəndə mahalından 30 nəfər, Çiləbörd mahalından-20 nəfər, Talış mahalından-20 nəfər, Dəmirçihəsənli mahalından-10 nəfər.
1831-ci ildə 1-ci yüzlüyün süvariləri.
Cavanşir-Dizaq mahalının Dilağarda obasından:
Murad yüzbaşı İmamalı yüzbaşı oğlu
Əmirxan yüzbaşı Novruzxan oğlu
Şərəfxan Şıxəli oğlu
Məhərrəm Sərdar oğlu
Tapdıq Möhbalı oğlu
Əlisəfi Məmmədtağı oğlu
Əcəbxan Atlıxan oğlu
Atakişi Allahyar oğlu
Gülməmməd Əli oğlu
Bayram Alı oğlu
Mirzəmurad Behbudalı oğlu
Cəfərqulu Fətəli oğlu
Zeynalabdin Həsən oğlu
Mirqasım Gülqasım oğlu
Abbasəli Əliqasım oğlu
Bədəl Aslanəli oğlu
2-ci yüzlüyün süvariləri.
İyirmidörd mahalının Qaradağlı kəndindən:
Molla Qasım İsmayıl oğlu
Qurban Əli oğlu
İyirmidörd mahalının Borsunlu kəndindən:
Namaz Sultanməmməd oğlu
Həsən Hacı oğlu
İyirmidörd mahalının Qarahacı kəndindən:
Nağdalı Kərim oğlu
İyirmidörd mahalının Sarıcalı kəndindən:
Cəfər Qurban oğlu
1831-ci ildə ştabs-kapitan və kavaler Gülməmməd bəyin bir əmrində göstərilir ki, 3-cü yüzlükdə Qaraçorlu mahalının Təhməzli obasından Ağa Şirin Rəhim bəy oğlu, Kosalar obasından Gülmalı Mirzə oğlu, Zabuqlu kəndindən Qasım Rza oğlu, Püsyan mahalının Zodmanlı obasından yükdaşıyan Ağayar Allahverdi oğlu, Sisyan mahalının Qarakilsə kəndindən Gevorq Kəhriz oğlu xidmətdədirlər.


Tarix: 08.01.2015 / 13:51 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Ümumi