beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rusların ermənilərə dəstəyi

18 iyun, 1992-ci il tarixində Dağlıq Qarabağ Respublikasında fövqəladə vəziyyət elan edildi. 15 avqustda respublikanın müdafiə nazirliyi yaradıldı. Nazirliyə ilk dövlər Robert Köçəryan, sonrada isə Serj Sarqsyan rəhbərlik etmişdir. DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi.[3] Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu (DQMO) yaradıldı.

Rus generalı Lev Ruxlovun sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti Antonov An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə DQR-də itirilmiş torpaqların geri qaytarmaq üçün zəmin yaratdı.


Tarix: 22.01.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi