Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı xanlığı

XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi.

İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.

1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.


Tarix: 07.01.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Ümumi
loading...