beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi araşdırmalar

Yəhudilərin çoxsaylı müraciətlərdən sonra AMEA-nın İnsan Hüquqları İnstitu tarixi faktları, xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətləri araşdırmaq və üzə çıxarmaq istiqamətində geniş işlərə başlayıb. Nəticədə Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin və Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülmüş 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. R. Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-cu il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib.

Azərbaycanda yəhudilərin dini icmasının rəhbəri Semyon İxilov hələlik məlum olan qətlə yetirilmiş yəhudilərin siyahısını açıqlayıb və onların adlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Milliyyətcə yəhudi olan Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov da çıxışında bildirib ki, onlarla yəhudinin ermənilər tərəfindən amansızca qətlə yetirilməsinə dair faktlar əsasında ona müraciətlər edilib və o bu faktları İnsan Hüquqları İnstitutuna təqdim edəcək. Deputatın sözlərinə görə, cani Şaumyanın oğlu hər dəfə Azərbaycana gələrkən atasının qanlı əməllərini sübuta yetirən faktları arxivdən oğurlmağa müvəffəq olurdu. Yevda Abramov ermənilərin bütün dövrlərdə tarixi faktları öz xeyirlərinə saxtalaşdırması, Cənubi Qafqazda qeyri-erməni millətlərinə qarşı amansız qətliamlar törətməsi, özlərinin isə bütün dünyaya yalançı, uydurma iddialar bəyan etməsi barədə faktlarla çıxış edib.


Tarix: 13.01.2015 / 14:41 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Ümumi