beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin VI qurultayı

Azərbaycan müəllimlərinin VI qurultayı — 26 avqust 1946-cı ildə keçirilmişdir.

VI qurultayın gündəliyindən
450 nümayəndənin iştirak etdiyi VI qurultay 29 avqust 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında öz işinə başlamışdır.

Qurultayı giriş sözü ilə maarif naziri Mirzə İbrahimov açmışdır.

Ali məclisin rəyasət heyəti, redaksiya və mandat komissiyaları seçilmişdir.

Gündəlikdə aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

1. Azərbaycan məktəblərində təlim və tərbiyə işlərinin yüksəliş yolları haqqında.

2. Müəllim hazırlığı və ixtisasını artırmaq işlərini yaxşılaşdırmaq tədbirləri haqqında.

Birinci məsələ haqqında respublikanın maarif naziri, Azərbaycan EA-nın həqiqi üzvü Mirzə İbrahimov məruzə etmişdir. M.İbrahimovun ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, imtahanların yekunları və təhsilin keyfiyyəti, müəllimlərin ixtisası və pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və məktəb müfəttişləri haqqında analitik təhlil verilən məruzəsi ətrafında RXMŞ müdirləri, müəllimlər çıxışlar etmişlər.

İkinci məsələ barədə maarif nazirinin müavini T.Xasməmmədov məruzə etmişdir. O, müəllim kadrları hazırlığından, ixtisasartırma məsələlərindən danışmış, uğurları təqdir etməklə, görüləsi işlərə aydınlıq gətirmişdir.

Qurultay müvafiq qətnamə qəbul etmişdir.


Tarix: 12.02.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Ümumi